Moon Group

Mühasib

800 - 1000 ₼
Tam iş günü
Bakı, Azərbaycan
03.10.22 - 02.11.22

İş haqqında məlumat

  • - E-qaimələrin göndərilməsi, hesab-faktura və digər zəruri sənədlərin düzgün hazırlanmasına nəzarət edilməsi
  • - Satışlar, göstərilən xidmətlər və satınalmalar üzrə əməliyyatların 1C-ə daxil edilməsi
  • - Bank və kassa əməliyyatlarının icra edilməsi
  • - Əmək haqqının və məzuniyyət ödənişlərinin hesablanması və köçürülməsi;
  • - Alıcılarla və malsatanlarla qarşılıqlı üzləşmə aktlarının hazırlanması
  • - İdxal üzrə əməliyyatların düzgün icra edilməsi
  • - Kadrların qeydiyyatı üzrə əməliyyatların icrası, ştat cədvəlinə, tabel və sair kadr işləri ilə bağlı sənədlərin qaydasında olmasına ciddi riayət olunması
  • - Yeni kadrların emas.sosial.gov.az portalında qeydiyyatı, məlumat dəyişikliklərinin daxil edilməsi və əmək müqaviləsinin ləğvi zamanı sistemə xitam bildirişinin daxil edilməsi ilə bağlı işin təşkili;
  • Rəhbərin müvafiq tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi
  • - İş qrafiki: həftənin 6 günü, saat 09:00-18:00, Nahar fasiləsi-13:00-14:00, (Bazar günü istirahət)
  • Əmək haqqı: 800 - 1000 AZN
  • - İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir
  • - Şirkət mətbəə, promo və reklam məhsullarının hazırlanması sahəsində fəaliyyət göstərir
  • Ünvan: Memar Əcəmi metrosunun yaxınlığı

Tələblər

  • - Yalnız xanım namizədlər
  • - Təhsil dərəcəsi: Ali
  • - Təcrübə: 3-5 il
  • - Microsoft Word, Excell proqramlarını bilməli
  • - Ofis avadanlıqları ilə işləmə bacarığı
  • - Komandada işləmə bacarığı, dəqiq, intizamlı və məsuliyyətli olmalı
  • - Əmək məcəlləsinin, Vergi məcəlləsinin və tələb edilən qanunvericilik sahələrini bilməli
  • - İdarəetmə bacarığının olması ( tabeliyində iki nəfər kadr olacaq )


Elanın müddəti bitmişdir