Ayan MMC

İstehsalat üzrə Aparıcı mühasib

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Maliyyə
Vakansiya tarixi 14.09.2022

İş haqqında məlumat

İstehsalat məlumatlarınının sistemə daxil edilməsi
Sistem üzrə yeni məhsulun yaradılması və onun rotasının verilməsi
Reseptlərin hazırlanması və düzəlişlərin edilməsi
Hazır və xammal məhsullarının hərəkətinə nəzarət
Aylar üzrə və ay sonu lazımlı raportların hazırlanması
Yaranmış uyğunsuzluqların araşdırılması və aradan qaldırılması
Anbarlararası yerdəyişmə sənədlərinin sistemə daxil edilməsi
Anbar sayımında iştirak etmək
Anbar sayımı sonrası qalıqların analiz edilməsi və sayım fərqlərinin araşdırılması.
Ay sonunu raportlarının hazırlanması
Mal-material,İstehsalat bağlı əməliyyatların proqram təminatında icrasına nəzarət, onların mühasibat standartlarına uygun uçotunun həyata keçirilməsini təmin etmək.
Mal və material sənədlərinin yoxlanışını təmin etmək.
Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatların hazırlanmasını təmin etmək, mühasibat sənədlərinin saxlanılma qaydalarına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək.
İstehsal olunmuş məhsulların maya dəyərində,sair xərclərdə baş vermiş dəyişikləri araşdırmaq,nəticələrə təsir edən faktorlarla bağlı yekun maliyyə analizini təqdim etmək
Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

İş qrafiki: 5 gün, 08:00 – 17:00 (ayda 1 dəfə şənbə günü sayım)
Əmək haqqı 700 və üzəri
Nahar şirkət hesabına
Korporativ nömrə ilə təmin edilmə

Tələblər

Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə)
Müvafiq sahə üzrə təcrübə: 1 il minimum
Kişi namizəd
22 - 30 yaş
Logo Tiger Enterprise proqramını bilməsi üstünlükdür
MS Office (Word, Excel) yüksək səviyyədə bilməli
Dəqiq, məsuliyyətli və diqqətcil
Analitik təhlil etmə qabiliyyəti, ünsiyyət və təqdim etmə, problemləri həll etmək bacarıqlarına malik olmalı
Verilmiş tapşırıqları vaxtında icra etməli
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rus dili – orta, ingilis dili-orta
Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.