Sapphire Hotels Group

Debitorlar üzrə mühasib

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Maliyyə
Vakansiya tarixi 15.09.2022

İş haqqında məlumat

Müştəri qeydiyyatı şöbəsinin rəhbərliyinə, həmin şöbə ilə mehmanxananın xidməti sahələrinin Micros/Opera/Fidelio proqram sistemləri arasında əlaqə qurmağa kömək edir və yaranan çətinlikləri aradan qaldırır
Müştərilərə göstərilmiş xidmətləri Opera/Fidelio sistemindən çıxarılmış reportlarla, qonaq imzaları, regsitrasiya kartı, şəxsiyyət və s. təsdiq edici sənədlərlə yoxlayır.Əskik sənədlər olduqda FO işçilərindən tələb edir.
Yoxlanmış sənədlər əsasında və Satış şöbəsi tərəfindən imzalatdırılmış Müqavilələr əsasında qonaqlara Hesab-faktura, elektron qaimə göndərir.
Qaimələrin göndərilməsi AR Vergi məcəlləsinin müddəalarının tətbiqi əsasında tərtib olunur və bu qaydaların pozulması halında birbaşa məsuliyyət daşıyır.
ƏDV-yə 0% və ya ƏDV-dən azad olunan əməliyyatlar tələb olunarsa müştərilərdən sertifikat, bildirişi tələb edir. Əks halda ƏDV məbləğinin itirilməsinə görə məsuliyyət daşıyır.
Müştərilərə e-qaimə göndərildikdən sonra debitor borcların (Müqavilə üzrə təyin olunmuş ödəniş vaxtı əsas götürülməklə) yığılmasını təmin edir.
Gündəlik bank, kassa və depozit hesablara mədaxil haqqında məlumatları əldə etdikdən sonra müştərilərə zənglər edir, email yazaraq borcların ödənilməsini tələb edir.
Problemli müştərilər olduqda Satış şöbəsini cəlb edərək problemi həll etməyə çalışır.
Ayda ən azı iki dəfə Satış şöbəsinin əməkdaşlarının iştirakı ilə kredit-meeting keçirir.
Maliyyə direktorunun verdiyi digər tapşırıqları yerinə yetirir.
Şəxsi gigiyena və görünüşü qorunmalı və standartlara uyğun olmalıdır.
Otel daxilində keçirilən treyninqlərdə iştirak etməli.
Təhlükəsizlik texnikasına aid treninqlərdə iştirak etməli,
Mövcud standartlar çərçivəsində verilən bütün tapşırıqları yerinə yetirir.
İş yerini təmiz və səliqəli saxlayır.
Rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Əmək haqqı: 700 AZN

Tələblər

“Sapphire Hotels Group” MMC şirkətinin bütün sahələrdəki iş strategiyasının tələblərinə əməl etmək.
“Sapphire Hotels Group” MMC şirkətinin tətbiq və müəyyən etdiyi siyasət və proseduralara əməl etmək.
İşçi ilə qarşılıqlı razılaşma əsasında bu vəzifə təlimatı, namizədin fəaliyyəti ərzində istənilən vaxt dəyişdirilə və genişləndirilə bilər.
1 C 8.3 bilikləri
Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi