Performance Center Co

Avtoservisdə texniki mütəxəssis

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Maliyyə
Vakansiya tarixi 16.09.2022

İş haqqında məlumat

Sığortalı təmir üçün servisə müraciət edən avtomobillərin qəbulu;
Mövcud qaydaya əsəsən tələb olunan sənədləşmə işinin təşkili;
Müraciət əsasında müvafiq sığorta şirkəti ilə avtomobil və qəza hadisəsi haqqında bütün prosedurların dəqiqləşdirilməsi;
Avtomobilə texniki baxışın təşkili və hadisə nəticəsində zədələnmiş dəyişilməli ehtiyat hissələri və təmir işləri üzrə ilkin qüsur aktının tərtib olunması, sığorta şirkəti ilə razılaşdırılması, müvfaiq foto və video materialların fayllaşdırılması;
Sığorta şirkətinin razılığı ilə avtomobilin təmirinin başlanması, anbarda olmayan detalların sifarişi, təlimata uyğun bərpa edilmə prosesinə nəzarət edilməsi;
Yekun qüsur aktının hazırlanması sığorta şirkətinə ödəniş üçün göndərilməsi, təmiri başa çatmış avtomobilin təhvilə hazırlanması;
Müəyyən edilmiş vaxtda və qaydada hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Rəhbərliyin işlə əlaqədar tapşırıqlarının yerinə yetirilməsi.
İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
Əmək haqqı: 1000-1200 ₼

Tələblər

Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Texniki ali təhsil;
Yaş həddi: 25-35;
Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır;
Texniki əməliyyatlarının planlaşdırılması sahəsində təcrübənin olması;
Müasir avtomobillərin quruluşunu və təmir texnologiyalarını yüksək səviyyədə bilməli;
Təhlükəsizlik texnikası və texniki şərtlər haqqına məlumatın olmalı;
Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı olmalı.