Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Maliyyə
Vakansiya tarixi 12.09.2022

İş haqqında məlumat

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
5 günlük iş rejimi (I – V günlər 09:00 – 18:00);
Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir).

Vəzifələr:
Maliyyə hesabatlarının Auditini aparmaq, maliyyə hesabatları və auditin nəticəsinə dair məlumat hazırlamaq;
Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarını təhlil etmək və nəticələr barədə hesabat hazırlamaq;
Gəlir və xərclərin auditi (alış və satış qaimələri, əmək haqqı hesablama cədvəlləri, bank və kassa çıxarışları əsasında dövriyyə cədvəlinin yığılması, balansın hazırlanması);
Mühasibat uçotunun Uçot Siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmasını təhlil etmək və nəzarət etmək;
Mal varlıqlarının inventarizasiyasını aparmaq və nəticələrə uyğun hesabat hazırlamaq;
Firmadaxili aylıq maliyyə hesabatlarını hazırlamaq;
Daxili nəzarət (audit);
Vergi risklərini hesablamaq və hesabat hazırlamaq;

Tələblər

Mühasibatlıq / Maliyyə / İqtisadiyyat sahəsində universitet təhsili olmalı;
Minimum 5 il auditor və maliyyəçi təcrübəsi olmalı;
Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
Maliyyə balanslarının hazırlanmasında müvafiq təcrübəsi olmalı;
Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, dövriyyə cədvəlləri və balans hazırlamağı və onu oxumağı bilməli;
1C 8.3 və ya LOGO mühasibat proqramlarında, Office proqramlarında (Excell, Word və s.) və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
Azərbaycan və Rus dillərini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməli;
Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları, Beynəlxalq Audit Standartları üzrə iş təcrübəsi əlavə dəyərləndiriləcək.
ACCA / CPA sertifikatları olanlara üstünlük veriləcək.
Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;