Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya İnformasiya texnologiyaları
Vakansiya tarixi 29.07.2022

İş haqqında məlumat

- Laboratoriya işlərini sınaq resepturaları ilə hazırlayaraq müntəzəm bir şəkildə qeydiyyatını aparmaq
- Araşdırma və İnkişaf qovluğunun güncəl olaraq arxivləşdirilməsi
- Fabrik test sınamaları üçün xammal şifarişinin açılması, test sonunda isə qalıqların təslimi ve experiment depodan silinməsini təmin etmək
- Maya resepti hazırlayaraq, maliyyə strukturu ile paylaşmaq ve rəhbərinin yoxlamasına təqdim etmək
- Dadım paneli işlərini aparmaq, hesabat hazırlayaraq rəhbərinə təqdim etmək, qovluğa yerləşdirmək və qeydiyyat nəzarəti dəftərinə nəticələri adı və tarixi göstəilməklə qeydiyyatını aparmaq
- Laboratoriya sınaqları əsnasında istifadə olunmuş qabları steril şəkildə yumaq və yerinə yerləşdirmək
- Hazırladığı laboratoriya nümunələrini nümunə otağında müvafiq yerə etiketləyərək və kodlaşdıraraq qoymaq
- Texnoloji avadanlığın istismar edilməsi şərtlərinə nəzarətin həyata keçirilməsi
- Sahələr üzrə "Texnoloji prosesə nəzarət kartları"nın aparılmasını və məlumatların aidiyyatı struktur bölmələrinə çatdırılmasını təmin etmək
- Qida məhsullarının saxlanıldığı anbarın və istehsalatın təşkil edildiyi xammalın təmiz saxlanılmasına nəzarət etmək
- Gigiyena qaydalarına əməl etmək, qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək
- Aroma kataloqunun güncəllənməsi və aromaların istifadə müddətinə nəzarət, müddəti bitmiş məhsulların silinməsi
- İş qrafiki: 09:00-18:00 (5 günlük)
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək;
- Şirkət tərəfindən yemək və servis təminatı mövcuddur;
- İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası

Tələblər

- Ali təhsil (Qida mühəndisliyi, Texnologiya, Kimya mühəndisliyi və s. sahələr üzrə )
- Müvafiq sahədə minumum bir il iş təcrübəsi
- Microsoft Office programlarından sərbəst istifadə
- İngilis və Rus dili biliyi arzu olunandır.
- Dəqiqlik, detallara fikir vermə qabiliyyəti
- Məsuliyyətlilik, problem həll etmə, planlaşdırma və komandada işləmək bacarıqları
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində " Texnoloq " qeyd edərək e-ünvanına göndərə bilərlər.