Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya İnzibati, Biznes, İdarəetmə
Vakansiya tarixi 19.09.2022

İş haqqında məlumat

Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;
Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək;
E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq;
Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi);
Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;
Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanaraq müvafiq şöbəyə yönləndirmək;
Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün alınmasına nəzarət etmək;
Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək;
İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək;
Vəzifə təlimatına uyğun rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.

Tələblər

Ali Təhsil;
Əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi;
Microsoft Office və digər proqramlar;
Vaxtı idarə etmə qabiliyyəti;
Aydın və peşəkar dildə işçi heyəti ilə ünsiyyət qurmaq;
Mükəmməl ünsiyyət bacarıqları, şəxslərarası əlaqə qurma və müştərilərə xidmət; göstərmə qabiliyyəti;
Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən fəal dinləmə;
Rus və İngilis dilində ünsiyyət qura bilmək;
Telefon,elektron poçt və yazılı formada tapşırıqların icrası ilə bağlı verilmiş tələbləri cavablandırmaq;
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.