Socar - STP

Növbə rəisi

1212 ₼
Tam iş günü
Bakı, Azərbaycan
23.11.22 - 23.12.22

İş haqqında məlumat

  • Əvvəlki növbənin işi ilə bağlı növbə rəisindən şifahi məlumatların alınması.
  • Yeni növbənin işçilərindən yerlərdəki vəziyyət barədə məlumatların alınması.
  • Növbə rəisinin "Raport jurnalı" ilə tanış olunması, məlumatların müqayisə edilməsi.
  • Sahə rəhbərliyinin rejimə aid sərəncamları ("Sərəncam jurnalı") ilə tanış olunması.
  • Baş vermiş nasazlıqlar və onların həlli vəziyyəti barədə məlumatlarla tanış olunması.
  • Növbə personalının gündəlik təlimatlandırılması.
  • Mövcud nasazlıqların aradan qaldırılması barədə tədbirlərin görülməsi üçün rəhbərliyə təkliflərin verilməsi.
  • Texnoloji rejimin idarə edilməsi
  • Növbə ərzində görüləcək işlər, əməl olunacaq texnoloji rejimlər barədə növbə personalının təlimatlandırılması.
  • Sahənin fəaliyyəti ilə əlaqəli sexlərlə əlaqənin saxlanılması, istehsal fəaliyyətinə təsir edə biləcək məlumatların yoxlanması.
  • Hə saatdan bir növbə personalından rejim barədə məlumatların alınması.
  • Texnoloji rejim parametrlərinə nəzarət edilməsi.
  • Etilenin polimerləşməsi prosesinin parametrlərinin (temperatur, təzyiq, sərf) və avadanlıqların işinin daim nəzarətdə saxlanılması.
  • Etilenin polimerləşməsi prosesindən yenidən istehsala qayıdan etilen qazının soyudulması prosesinin parametrlərinin (temperatur, təzyiq) və avadanlıqların işinin daim nəzarətdə saxlanılması.
  • Polimerləşmə prosesinin isti su ilə təmin edilməsi prosesinin (temperatur, təzyiq, sərf) və avadanlıqların işinin daim nəzarətdə saxlanılması.
  • Polietilen ərintisinin dənəvərləşməsi prosesinin parametrlərinin (dənəvərlərin ölçüləri, kondensatın sərfi, kondensatı temperaturu, işləyən avadanlıqların temperaturu, soyuducu havanın sərfi və təzyiqi, nəqledici havanın sərfi kondensat tutumunun səviyyəsi) avadanlıqların işinin daim nəzarətdə saxlanılması.
  • Polietilen dənəvərlərinin sudan ayrılması prosesinə nəzarət (kondensatın miqdarı, doğranmış polietilenin ölçüləri, kənar qarışıqların olmağı) edilməsi.
  • İstehsal edilmiş polietilen dənəvərlərinin çəkisinin müəyyən edilməsi prosesinə nəzarət edilməsi və uçotunun aparılması.
  • Alınmış məlumatların təhlili və ehtiyac olarsa texnoloji rejimin parametrlərinin tənzimlənməsi barədə tapşırıqların verilməsi.
  • İstehsalatın xammal, material və enerji sərfi normasına riayət olunmasına nəzarət edilməsi.
  • Avadanlıqların təmirə hazırlanmasına nəzarət edilməsi
  • Avadanlıqların təmirə verilməsinə rəhbərlik edilməsi
  • Nasazlıq yaranmış avadanlığın dayandırılması üçün növbə heyətinə tapşırıqların verilməsi.
  • Avadanlığın məhsuldan azad edilməsinə nəzarət edilməsi.

Tələblər

  • Ali bakalavr 4 il müvafiq sahə üzrə iş stajı (bakalavriat təhsili olduqda)
  • Orta-ixtisas təhsili 2 İl  bir alt dərəcəli növbə rəisi vəzifəsində iş stajı
  • Orta-ixtisas təhsili 5 İl  müvafiq sahə üzrə iş stajı (orta İxtisas təhsili)
  • Microsoft Excel
  • Microsoft Word
  • Microsoft Outlook
  • OpenText
  • Texn. prosesl. nəzar. və idarəetmə proq.
  • İş növləri və peşələr üzrə ƏMTT təlimat.
  • Neft sən. əm. müh. vah. idarəet. sistemi
  • Neft-kimya sən.texn.proses.id.edilməsi
  • Etilenin qəbulu və pilləli sıxılması
  • Etilenin polimerləşdirilməsi
  • Fəaliy.tənzim.daxili norm.sənədlər
  • Dənəvər polietilenin çeşidlənm. və qab.
  • Səriştəlik və digər tələblər
  • Neft-kimya məh.keyf.göstər.nəzarət
  • Tex.məqsəd.buxar və kon.tətbiqi
  • Ərinti polim.kütləs.qazın ayrılması
  • Ərinti polietilenin dənəvərləşdirilməsi
  • İstehsalın operativ idarə edilməsi üzrə normativ və metodiki materialları;
  • Məhsulun buraxılışına, onun istehsalı texnologiyasına texniki tələbləri;
  • Sahənin istehsal avadanlığını və onun texniki istismarı qaydalarını;
  • İstehsalın gedişinin uçotunun sistem və metodlarını;
  • Növbənin vaxtında və təlimata uyğun qəbul və təhvil verilməsini;
  • Fəaliyyət sahəsi üzrə İKTdən istifadə qaydalarını, kompüter bilikləri;
  • Əməyin mühafizəsinin və təhlükəsizlik texnikasının, istehsalat sanitariyasının, yanğından mühafizənin, mülki müdafiənin norma və qaydalarını


Elanın müddəti bitmişdir