Araz Supermarket

İnsan Resursları əmək haqqı üzrə mütəxəssis

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya İnzibati, Biznes, İdarəetmə
Vakansiya tarixi 16.09.2022

İş haqqında məlumat

Şirkət əməkdaşlarının aylıq əmək haqqını (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablamaq və ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək;
İşçilərin məzuniyyət haqlarını, kompensasiyalarını, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq addımlar atmaq;
Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişləri hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək;
Şirkət əməkdaşlarının gündəlik davamiyyətinə nəzarət etmək və tabel formalaşdırmaq;
Əmək haqqı kartlarının işçilərə təhvil verilməsini təmin etmək;
Əmək haqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq;
Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
Nahar ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük iş qrafiki;
Servis xidməti mövcuddur.

Tələblər

Ali təhsil;
İş təcrübəsi: 1 ildən yuxarı;
MS Office bilikləri;
Əmək məcəlləsi haqqında haqqında biliklər;
Komanda ilə işləmə bacarığı.