Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya İnzibati, Biznes, İdarəetmə
Vakansiya tarixi 22.08.2022

İş haqqında məlumat

İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
E-Gov hökümət portalı və ƏMAS altsistemi ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);
Müsahibələrin keçirilməsi (telefon, panel, qrup və case intervyular);
Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək.
Şirkətin daxili kommunikasiya prosesinin icrasına nəzarət edir;
Korporativ sosial məsuliyyət layihələrinin tərtib olunmasını və icra olunmasını təmin edir;
İşçilərin həvəsləndirilməsi üçün maddi və qeyri-maddi inkişaf tədbirləri tərtib edir və tətbiqinə nəzarət edir.

Tələblər

Ali təhsil;
Sahə üzrə 1-3 il iş təcrübəsi;
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
Azərbaycan və ingilis dilində səlis danışıq və yazı bacarığı;
MS Office proqramlarından yüksək istifadə bacarığı.