Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya İnzibati, Biznes, İdarəetmə
Vakansiya tarixi 22.08.2022

İş haqqında məlumat

RT Group xaricdə təhsil şirkəti icraçı direktor vakansiyasında aşağıda qeyd olunan öhdəliklərin icrası üçün namizəd axtarır
Şirkətin cari fəaliyyətinə rəhbərlik etmək
Ofis daxili və ərazi üzrə səlahiyyətləri çərçivəsində işçilərə tam nəzarət, onlardan mütəmadi hesabat götürmək
Şirkət işçilər üçün həvəsləndirici tədbilər görmək
Şirkətin işini, habelə onun struktur bölmələri və işçiləri arasında qarşılıqlı əlaqələri təşkil etmək
Şirkətin fəaliyyətinin cari və gələcək plan və proqramlarının tərtib etmək, Təsisçiyə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək
Təsisçinin bütün qərarlarının şərtsiz yerinə yetirilməsini təmin etmək
Şirkətin fəaliyyətinin gəlirliyini təmin etmək
Müəyyən olunmuş müddətlərdə Təsisçiyə hesabatlar vermək
Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək
Vəzifəsi çərçivəsində Təsisçi tərəfindən ona tapşırılan digər tapşırıqları yerinə yetirmək
Şirkətin işçilərinin istehsal və əmək intizamına riayət edilməsini təmin etmək

Tələblər

İdarəetmə sahəsində təcrübə olmalı
Güclü liderlik keyfiyyətinə sahib olmalı
Kollektivlə işləmək və kollektivi idarə etmək bacarıqlarına malik olmalı
Analitik təhlil, təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyətinə sahib olmalı
İşgüzar ünsiyyət və danışıqlar aparmağı bacarmalı
Punktual və məsuliyyətli olmalı
Kompüter biliyi: MS Office proqramları