GoldenPay

Biznes analitik

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya İnzibati, Biznes, İdarəetmə
Vakansiya tarixi 24.08.2022

İş haqqında məlumat

Həftəlik, aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Bazara yeni çıxarılmış məhsul və xidmətlərin satışları barəsində müvafiq olaraq hesabatların, təqdimatların hazırlaması və rəhbərliyə təqdim edilməsi;
Məhsulların satışının artırılması üçün müxtəlif tipli aksiyalar barədə təkliflərin verilməsi;
Yeni yaradılmış məhsulların biznes proseslərinin təhlil edilməsi və çatışmazlıqların məhsul sahiblərinə təqdim edilməsi;
Müştəri bazasının təhlili nəticəsində müasir bazara uyğun, rəqabətə davamlı, şirkətin strategiyasına uyğun gələn məhsul və xidmətlərin yaradılması üçün təkliflərin verilməsi;
Yeni məhsul ideyalarının yaradılması üçün mütəmadi olaraq istifadəçi təkliflərinin təhlili və ideyaya çevrilməsinin təmin edilməsi;
Yeni məhsulların bazara çıxarılması üçün biznes planlarının hazırlanması;
Aidiyyatı struktur bölmələrlə birlikdə müxtəlif məhsulların yaradılması və kampaniyaların təşkil edilməsi
Əmək haqqı: 750+
İş saatı: 9:00-18:00
İstirahət vaxtı: şənbə, bazar
İş rejimi: 5 gün

Tələblər

Ali təhsil (İqtisadiyyat,biznes, marketinq və s.)
1 il iş təcrübəsi üstünlükdür
Riyazi düşüncə qabiliyyəti
İngilis dili biliyi üstünlükdür
Komandada işləmək bacarığı
Microsoft Office proqramlarında yüksək səviyyədə bilik