Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya İnşaat və tikinti
Vakansiya tarixi 25.08.2022

İş haqqında məlumat

Dəzgahın və avadanlığın istismardan əvvəl yoxlanılmasını təşkil etmək;
İş sahəsinin işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
Görüləcək işə uyğun bütün ləvazimatları, kəsici və ölçü alətlərini seçmək;
Torna dəzgahında detalların düzgün quraşdırılması, mərkəzləşdirilməsi və dəzgahın işə salınmasını icra etmək;
Detalların torna dəzgahında xüsusi alətlər vasitəsi ilə yonulmasını icra etmək;
Müxtəlif profilli və addımlı çox girişli yivlərin açılmasını icra etmək;
Torna dəzgahının söndürülməsi, bütün alətlərin onlar üçün ayrılmış yerlərinə yığılmasını təmin etmək;
İstismar zamanı torna dəzgahının işinə və sürətinə nəzarət etmək;
Dəzgahda qüsurların aşkar edilməsi, təmir və ya sazlama işlərinə ehtiyacın müəyyən edilməsi məqsədilə dəzgahın və ya avadanlığın işini müşahidə etmək;
İş yerinin təmiz saxlanması, tullantıların lazımı yerlərə aparılmasını və daşınmasını təmin etmək;
Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması
İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması
İş prosesindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi
Vəzifə və funksiyaların yerinə yetirilməsi ilə əlaqədar birbaşa rəhbərinin digər tapşırıqlarını icra etmək;

Tələblər

6 günlük iş qrafiki 08:00-dan 15:00-a qədər
Əmək haqqı: 600 AZN
İş yeri Xırdalan ərazisində yerləşir
Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur