MKT İstehsalat Kommersiya MMC

Kiçik hüquqşünas

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
03.10.22 - 02.11.22

İş haqqında məlumat

  • Vəzifə öhdəlikləri:
  • Daxil olunan sifarişlər üzrə bütün növ müqavilələrin hazırlanmasını təmin etmək;
  • Müqavilələrin bağlanması prosesində iştirak, bununla bağlı zəruri sənədlərin toplanması və hazırlanmasını təmin etmək;
  • Müqavilə şablonlarının hazırlanmasını təmin etmək;
  • Müqaviləyə əlavə və dəyişikliklərin edilməsinə dair müxtəlif sazişləri tərtib etmək;
  • Müqavilələrin xitamı ilə bağlı müvafiq prosedurların icrası və sazişlərin layihələrini hazırlamaq;
  • Müqavilə tərəfləri arasında mübahisələrin yaranması zamanı danışıqların aparılması, bütün görüşlərdə iştirak, pretenziyaları və ya reklamasiya aktlarını hazırlamaq;
  • Müqavilələr üzrə digər şöbələrə hüquqi məsləhətlərin verilməsi və ya daxil olan müqavilələrlə bağlı hüquqi rəy vermək;
  • Müqavilələrin və müqavilələrə aid olan bütün növ sənədləri (əlavələr, razılaşma protokollar, təhvil-təslim aktları və s.) elektron vəziyyətdə arxivləmək və əsllərini xronoloji vəziyyətdə kağız formatda saxlamaq, mühafizəsi, müqavilələrin reyestrini aparmaq.
  • Səriştələr:
  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük
  • Əlavə məlumat:
  • Əmək haqqı razılaşma əsasında;
  • İş yeri: Sumqayıt şəhəri, Gilan Tekstil Parkı;
  • Nahar ilə təmin edilmə;
  • Servis xidməti mövcuddur;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Tələblər

  • Ali təhsil (Hüquq üzrə);
  • Qeyd edilən vəzifədə ən azı 1 il iş təcrübəsi;
  • Mülki (həmçinin prosessual), inzibati, cinayət, icra haqqında, daşınmaz əmlak, o cümlədən topraq haqqında qanunverciliyi bilmək;
  • Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
  • Məxfilik tələb olunan məlumatlarla işləmə bacarığı;
  • MS Office (Word, Excel);
  • İngilis və rus dili arzu olunandır;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı


Elanın müddəti bitmişdir