Araz Supermarket

Hüquqşünas/Aparıcı Mütəxəssis

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Hüquqşünaslıq
Vakansiya tarixi 30.08.2022

İş haqqında məlumat

Məhkəmələrdə şirkətin nümayəndə qismində təmsil edilməsi və nümayəndəlik institutu ilə bağlı bütün səlahiyyətlərin həyata keçirilməsi;
İddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər hüquqi sənədlərin hazırlanması və məhkəməyə göndərilməsi;
Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi, icraatında olan məhkəmə mübahisələrinin və icra proseslərinin gedişi və nəticəsi barədə mütəmadi olaraq tabeliyində olduğu rəhbərinə yazılı və şifahi hesabatların təqdim edilməsi.
Nahar ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük iş qrafiki;
Servis xidməti mövcuddur

Tələblər

Ali təhsil müvafiq sahədə ;
İş təcrübəsi: minimum 5 il;
Dil bilikləri (ingilis-dili yaxşı səviyyədə, rus-dili biliyi üstünlükdür);
MS Office bilikləri;
Komanda ilə işləmə bacarığı, çevik, hədəfyönümlü.