Juris

Hüquqşünas köməkçisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
20.09.22 - 20.10.22

İş haqqında məlumat

  • Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
  • Bütün növ əqdlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
  • Hüquqi şəxslərin və xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
  • Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatların dövlət qeydiyyatına alınması: (Hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnaməyə-əsasnaməyə edilən hər hansı digər dəyişikliklərin qeydə alınması);
  • Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi
  • Əmtəə nişanlarının qeydiyyata alınması
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
  • Hüquqşünas köməkçisi aşağıdakıları bilməlidir:
  • Mülki, cinayət, əmək, maliyyə, miqrasiya, vergi, hüquqları;
  • Təsərrüfat müqavilələrinin, ümumi müqavilələrin, beynəlxalq müqavilələrin, kollektiv müqavilələrin, tarif razılaşmalarının bağlanması və rəsmiləşdirilməsi qaydalarını;
  • Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədlərin sistemləşdirilməsi, uçotu və aparılması qaydalarını;
  • İşgüzar ünsiyyət etikasını;
  • Kargüzarlığın təşkilinin əsaslarını;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın əleyhinə təhlükəsizlik qaydalarını;
  • Daxili əmək intizamı qaydalarını;

Tələblər

  • Hüquq elmləri üzrə ali təhsil;
  • Hüquq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Hüquq konsaltinqdə ən az 1 il təcrübə;
  • Dil bilikləri: Rus və ingilis dili arzu olunandır;
  • Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir.
  • Yaş məhdudiyyəti: 25 yaş – 55 yaş.


Elanın müddəti bitmişdir