Finivo Project
800 ₼
Tam iş günü
Bakı, Azərbaycan
09.11.22 - 09.12.22

İş haqqında məlumat

  • Obyektə ilkin baxış keçirilməsi, yerində ölçü götürülməsi və iş həcmlərinin təyin olunması;
  • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
  • İlkin eskizin hazırlanması, rəhbərlik və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
  • Konsept layihələrin hazırlanması və vizualizasiyası;
  • Obyektin eskiz və işçi layihələrinin hazırlanması;
  • Memarlıq və mühəndis çizimlərindən ibarət olan layihə paketinin tərtib olunması və hazırlanması;
  • Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi.

İş şərtləri:

  • Əmək haqqı: 800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq fərqli əmək haqqı razılaşdırıla bilər);
  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00; Şənbə: 09:00 – 13:00;
  • İstirahət günü: Bazar;
  • Nahar vaxtı: 13:00-14:00.

Tələblər

  • İnşaat və memarlıq sahəsində ali təhsili olmaq;
  • Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsinə malik olmaq;
  • AutoCAD, ArchiCAD və 3ds Max proqramlarında yüksək peşəkarlıqla işləməyi bacarmaq;
  • İngilis və rus dillərini baza (başlanğıc) səviyyəsində bilmək;
  • Microsoft office proqramlarında, ofis texnikasında tam sərbəst və sürətli işləməyi bacarmaq;
  • Stresə davamlı olmaq;
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Kollektivlə işləməyi bacarmaq;
  • Sürətli və çevik olmaq.


Elanın müddəti bitmişdir