Sinteks Group of Companies

Texniki Dəstək üzrə Administrator

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Digər
Vakansiya tarixi 19.08.2022

İş haqqında məlumat

Bu vəzifənin rolu kompüter sistemləri, proqram təminatı və avadanlıqla əlaqəli texniki köməklik və dəstək göstərməkdir.
Daxil olan sorğuların vaxtlı vaxtında cavablanması və icra olunması
İstifadəçi komputerlərinə nəzarət və yaranmış problemlərin aradan qaldırılması
İT avadanlıqların quraşdırılması və avadanlıqlarda yaranmış problemlərin aradan qaldırılması
Yeni işçilərə iş mühitinin yaradılması üçün lazımı işlərin görülməsi
Əməliyyat sistemlərinin və istifadəçi məlumatlarının ehtiyat nüsxələrinin çıxarılması və lazım gəldikdə bərpa olunması
Sistem səhvlərinin diagnostikasının aparılması və aşkar olunmuş səhvliklərin aradan qaldırılması
İstifadəçilərin korporativ domain şəbəkəsinə qoşulması, İp telefonların konfigurasiya edilməsi, elektron poçtun istifadəçi komputerlərində ayarlanması, printer/ scanner tipli qurğuların əlavə olunması və s. kimi buna bənzər işlərin görülməsi.
Lazim gəldikdə masa üstü komputer və notebook kimi avadanlıqların detallarının yenilənməsi
İT Direktor tərəfindən verilmiş tapşırıqları icra edir, hesabatlar hazırlayaraq təqdim edir

Tələblər

Ali təhsil arzuolunandır
İT üzrə ən azı 2 illik iş təcrübəsi
Windows client ( 7, 8, 8.1, 10, 11 ) əməliyyat sistemləri üzrə dərin biliklər
AP, Router (Modem), Network Printer & Scanner və s. kimi avadanlıqların sazlanması
TCP/IP , DNS, DHCP, VPN kimi protokolların işləmə prinsiplərini anlamalı
Active Directory, Group Policy və Networking üzrə baza biliklərin olması
Backup Sistemləri üzrə biliklərin olması (Acronis, Norton və s.)
Problem həlletmə
Detallara və nəticəyə yönümlü
Ünsiyyət bacarıqları