Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Digər
Vakansiya tarixi 09.09.2022

İş haqqında məlumat

Şirkətin bütün işçi heyətini təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək;
İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar keçirmək;
Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili təlimləri keçirmək;
Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət ;
İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbəblərinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək ;
Şirkətdə ətraf mühitin qorunması və əməyin, sağlamlığın mühafizəsi sistemini yaratmaq və tətbiq etmək;
SƏTƏM standartlarını bütün işçi heyətinə tətbiq etmək;
Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılması;
Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühüm qabaqlayıcı addımların atılması;
Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəricilərinin və s. məlumatların toplanması;
Tələb olunan hesabatların vaxtında və qaydasında təqdim edilməsi.

Əmək haqqı: 900 – 1200 manat (təcrübədən asılı olaraq)
İş qrafiki: 6 günlük.
Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis işləyir (Müəssisə Buzovna qəsəbəsində yerləşir).

Tələblər

Əməyin təhlükəsizliyi vəya müvafiq sahədə minimum bakalavr dərəcəsi
Sahə üzrə 5-10 il təcrübə mütləqdir (qida istehsalı müəssisəsində təcrübə üstünlükdür)
Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək.