Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Digər
Vakansiya tarixi 19.09.2022

İş haqqında məlumat

Vest Produkt Marketinq şirkətində "Aşpaz vakansiyası aktivdir.
"Vest Produkt Marketinq" MMC 2003-cü ildən etibarən fəaliyyət göstərir və Azərbaycanda ən böyük distribyutor şirkətlərdən biridir.
Şirkətimiz, WESTGOLD, GOLDEN CROWN, WESTPRO, FRENCH COW, GERDA və OLDENBURGER markalı ekoloji təmiz, təbii inək südündən hazırlanmış kərə yağları, SUN PALERMO markalı tam təbii günəbaxan yağları və OLDENBURGER markalı Gouda və Tilsit pendirlərinin idxalı və satışı ilə bazarda lider şirkətlərdən biridir.
Menyudakı yeməkləri reseptlərə uyğun olaraq hazırlamaq;
Təsdiqlənmiş menyuya əsasən personal üçün yeməkləri hazırlamaq;
İş yerinin və iş avadanlığının təmizliyini təmin etmək;
İş yerində təhlükəsizlik, sağlamlıq və qida gigiyenası standartlarına riayət edilməsinə dəstək olmaq:
Hazırlanan yeməklərin keyfiyyətli olmasını, onların tələb olunan standartlara cavab verməsini təmin etmək;
Məhsulları düzgün istifadə etmək və ehtiyata nəzarət etmək;
Vəzifəsinin icrası ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
İş saatı: həftə içi 5gün 09:00dan 17:00 –a dək
İstirahət vaxtı: Şənbə və bazar
Maaş: 400azn

Tələblər

Cins: Qadın
Təhsil: Orta
Yeməklərin dadının ləzzətli olmasına və təqdimatın düzgün verilməsinə riayət etməli:
İstifadə olunacaq tərkibin təmizliyinin yüksək keyfiyyətdə olmasına həmçinin son istifadə tarixinə nəzarət etməli;
İşi tələb olunan vaxtda yerinə yetirilməli;
Təşəbbüskar olmalı;
Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırmalı;
Çevik iş qrafikində işləmək bacarığı;
Ünsiyyət, komandada işləmək, stressə davamlılıq bacarığına malik olmalı.