Bakı,
Azərbaycan
25.08.23
-
24.09.23
İş haqqında məlumat
- Zəng Xidmətləri üzrə Nümayəndənin başlıca vəzifəsi Qonaqlarımıza “Fairmont Hotels & Resorts” Şirkətinin standartlarına müvafiq şəkildə xidmət göstərilməsini təmin etmək və bununla bərabər müsbət münasibətlər çərçivəsində otelin mənfəət gətirmə qabiliyyətini inkişaf etdirməkdir;
- Qonaqlar və əməkdaşlar ilə münasibətlərdə bütün “Fairmont Hotels & Resorts” Şirkətinin xidmət standartlarına riayət edilməsini təmin etmək;
- Qonaqların adını yadda saxlamaqla qonaqlara və əməkdaşlara birbaşa xidmət göstərmək;
- Ön ofis və zəng xidmətləri şöbələrinin siyasət və prosedurlarını, fəaliyyətini bilmək;
- Vəzifəsinə daha yaxşı yiyələnmək və inkişaf etmək üçün təlimdə əldə edilmiş bilikləri və təcrübəsindən istifadə etmək və ohdəliklərini yerinə yetirərkən dəqiq olmaq;
- Qabaqcadan sifarişləri yoxlayaraq və qonaqların istəklərinə nəzarət edərək, bütün standartların qaydasında getməsindən əmin olmaq;
- Zənglərin qəbul edilməsi üçün bütün iş növbəsi ərzində resepşn maasasında daima zənglərə cavab verəcək bir şəxsin olmasını təmin etmək;
- Qonağın istəkləri barədə yenilənən məlumatları izləmək, bu barədə qonaqlarla əməkdaşlıq etmək və əldə edilən məlumatları əməkdaşlara ötürmək;
- Maksimum nəticə əldə etmək üçün vaxt və material kimi mənbələrdən səmərəli istifadə etmək;
- Şöbə daxili əməkdaşlar və digər şöbələrdəki əməkdaşlarla pozitiv münasibətlər qurmaq və davam etdimək, həm ünsiyyətdə, həm də işində uğurlu olmaq;
- Açıq müzakirələri dəstəkləmək;
- İş yoldaşları üçün nümunəvi bir iş yoldaşı olmaq və öz davranışı ilə başqalarını da işə həvəsləndirmək;
- Xidmət keyfiyyətinin yoxlanılması və xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bütün daxil olan və edilən zənglərin səs yazılarının qeydə alınması.
Tələblər
- Dil bilikləri: İngilis dilində mükəmməl şəkildə yazılı və şifahi ünsiyyət, Azərbaycan, Rus və Türk dillərində isə yaxşı ünsiyyət qabiliyyətinə malik olmaq;
- Kompüter bacarıqları: Micros-Fidelio və Microsoft Windows proqramlarını bilmək;
- Sakit və təmkinli qalmaq şərtilə, dəyişkən mühit çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək;
- Həftədə 7 gün, 24 saat fəaliyyət göstərən mehmanxana sahəsində dəyişkən iş vaxtı və növbələrə rahat uyğunlaşa bilmə və işləyəbilmə imkanının olması;
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı olmaq və qonaqlarla münasibət qurmağı bacarmaq;
- Otellərdə və ya müştəri xidmətləri sahəsində əvvəlki iş təcrübəsi olmaq;
- Qonaqlara xidmətə diqqət yetirmək, qonaqların gözləntilərini üstələməklə unudulmaz təəssürat yaratmaq;
- Nəğd pul ilə dəqiq və səliqəli davranmaq;
- Qonaqların tələbləri ilə bağlı məsələləri həssaslıqla və peşəkarcasına yanaşma tərzində həll etmək;
- Şövqlü, sərbəst qərarlar qəbul edən, problemləri özü həll edə bilən, hadisələri yönləndirmək qabiliyyəti olan və işləri vaxtında çatdıran bir işçi olmaq.
Müştəri xidmətləri
Operator
Turizm