Autolux Azerbaijan LLC

Zəmanət üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
29.08.23 - 28.09.23

İş haqqında məlumat

  • 24-48 saat ərzində zəmanət tələbnaməsini hazırlamaq və sistemə daxil etmək;
  • Geri qaytarılan tələbnamələrin 5 gün ərzində yenidən sistemə daxil edilməsi üçün lazimi məlumatlar toplamaq və düzəlişlər etmək;
  • Daima ödənişlərə nəzarət etmək;
  • Zəmanətlə dəyişilən ehtiyat hissəsi istehsalçı zavod tərəfindən yoxlanış məqsədilə geri istənilərsə tez bir zamanda həmin ehtiyat hissəsini qeyd olunan ünvana göndərmək;
  • Daima ödənilməmiş zəmanət tələbnamələrini nəzarət altında saxlamaq;
  • Proseslərin daima inkişafı üçün lazimi imkanları müəyyən etmək və dəstəkləmək;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək, çətinlik yaranarsa rəhbərliyi məlumatlandırmaq;
  • İstehsalçının zəmanət şərtlərini və ümumi qarantiya siyasətini əla bilmək;
  • İstehsalçının zəmanət şöbəsi ilə mütəmadi əlaqədə olmaraq zəmanət təmirlərinə qərar vermək;
  • Ehtiyac olduqda zəmanət təmirinə qərar vermək üçün istehsalçı ilə razılaşdırmaq;
  • Bütün zəmanət iş kartlarına nəzarət etmək;
  • Zəmanət işlərinin yerinə yetirilməsi üçün lazımi ehtiyyat hissələrinin sifarişini və vaxtında gəlişini nəzarət altında saxlamaq, zəmanət təmirlərinin gedişinə nəzarət etmək;
  • Zəmanət sənədlərinin düzgün tərtib olunmasını,doldurulmasını və istehsalçıya çatdırılmasını yerinə yetirmək və prosessin düzgün gedişinə nəzarət etmək;
  • İstehsalçının tələblərinə əsasən zəmanət anbarını saxlamaq;
  • Zəmanət məslələri üzrə müştərilərə məlumat vermək;
  • Zəmanət halları üzrə verilmiş qərara görə narazı qalan müştərilər ilə yaxından işləmək və qərarın səbəblərini bildirmək;
  • Müştəri siyahısında olan avtomobilləri mütəmadi olaraq hər hansı servis çağırışında keçərli olmasını yoxlamaq;
  • Rəhbərlik tərəfindən təyin olunmuş hesabatları vaxtı vaxtında təqdim etmək;
  • Xidmət mərkəzi rəhbərinə məruzə etmək;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Avtomobil sahəsində;
  • Dil bilikləri: Rus dili biliyi, ingilis dili biliyi.


Oxşar vakansiyalar