Performance Center Co

Zəmanət üzrə mütəxəssis

1000 - 1200 ₼ 658
Tam iş günü
Bakı, Azərbaycan
25.12.24 - 25.01.25

İş haqqında məlumat

  • Müştəriləri qəbul etmək və nəqliyyat vasitəsində baş vermiş qüsurun müəyyənləşdirmək;
  • İstehsalçının müəyyən etdiyi normativə uyğun şəkildə zəmanət  hadisəsini sənədləşdirmək;
  • İstehsalçı tərəfdən müəyyən edilmiş vaxt ərzində zəmanət tələbnaməsini hazırlamaq və sistemə daxil etmək;
  • Geri qaytarılan zəmanət iddialarının müəyyən edilmiş vaxt ərzində yenidən sistemə daxil edilməsi üçün lazımi məlumatlar toplamaq və düzəlişlər etmək;
  • Zəmanətlə dəyişilən ehtiyat hissəsini istehsalçı tələbinə uyğun saxlamaq
  • Ödənilməmiş zəmanət tələbnamələrini nəzarət altında saxlamaq;
  • Şöbə rəhbərinin tapşırıqlarını vaxtında yerinə yetirmək, çətinlik yaranarsa rəhbərliyi məlumatlandırmaq;
  • İstehsalçının zəmanət şərtlərini və ümumi qarantiya siyasətini yüksək səviyyədə bilmək;
  • İstehsalçının zəmanət şöbəsi ilə mütəmadi əlaqədə olaraq zəmanət təmirlərinə qərar vermək;
  • Ehtiyac olduqda zəmanət təmirinə qərar vermək üçün istehsalçı ilə razılaşdırmaq;
  • Bütün zəmanət iş kartlarına nəzarət etmək, zəmanət işlərinin yerinə yetirilməsi üçün lazımi ehtiyat hissələrinin sifarişini və vaxtında gəlişini nəzarət altında saxlamaq, zəmanət təmirlərinin gedişinə nəzarət etmək;
  • Zəmanət sənədlərinin düzgün tərtib olunmasını, doldurulmasını və istehsalçıya çatdırılmasını yerinə yetirmək və prosesin düzgün gedişinə nəzarət etmək;
  • Zəmanət məsələləri üzrə müştərilərə məlumat vermək;
  • Zəmanət halları üzrə verilmiş qərara görə narazı qalan müştərilər ilə yaxından işləmək və qərarın səbəblərini bildirmək;
  • Müştəri siyahısında olan avtomobillərin mütəmadi olaraq hər hansı servis çağırışında keçərli olmasını yoxlamaq;
  • Rəhbərlik tərəfindən təyin olunmuş hesabatları vaxtı vaxtında təqdim etmək.

Tələblər

  • Ali təhsil(Texniki təhsilə üstünlük veriləcək);
  • Yaş: 25-40;
  • Azərbaycan və ingilis dilləri səlis (rus dili arzu olunandır);
  • Avtomobil sahəsində iş təcrübəsi.