Bakı,
Azərbaycan
22.11.24
-
22.12.24
İş haqqında məlumat
- Müştəriləri qəbul etmək və nəqliyyat vasitəsində baş vermiş qüsurun müəyyənləşdirmək;
- İstehsalçının müəyyən etdiyi normativə uyğun şəkildə zəmanət hadisəsini sənədləşdirmək;
- İstehsalçı tərəfdən müəyyən edilmiş vaxt ərzində zəmanət tələbnaməsini hazırlamaq və sistemə daxil etmək;
- Geri qaytarılan zəmanət iddialarının müəyyən edilmiş vaxt ərzində yenidən sistemə daxil edilməsi üçün lazımi məlumatlar toplamaq və düzəlişlər etmək;
- Zəmanətlə dəyişilən ehtiyat hissəsini istehsalçı tələbinə uyğun saxlamaq;
- Ödənilməmiş zəmanət tələbnamələrini nəzarət altında saxlamaq;
- Şöbə rəhbərinin tapşırıqlarını vaxtında yerinə yetirmək, çətinlik yaranarsa rəhbərliyi məlumatlandırmaq;
- İstehsalçının zəmanət şərtlərini və ümumi qarantiya siyasətini yüksək səviyyədə bilmək;
- İstehsalçının zəmanət şöbəsi ilə mütəmadi əlaqədə olaraq zəmanət təmirlərinə qərar vermək;
- Ehtiyac olduqda zəmanət təmirinə qərar vermək üçün istehsalçı ilə razılaşdırmaq;
- Bütün zəmanət iş kartlarına nəzarət etmək, zəmanət işlərinin yerinə yetirilməsi üçün lazımi ehtiyat hissələrinin sifarişini və vaxtında gəlişini nəzarət altında saxlamaq, zəmanət təmirlərinin gedişinə nəzarət etmək;
- Zəmanət sənədlərinin düzgün tərtib olunmasını, doldurulmasını və istehsalçıya çatdırılmasını yerinə yetirmək və prosesin düzgün gedişinə nəzarət etmək;
- Zəmanət məsələləri üzrə müştərilərə məlumat vermək;
- Zəmanət halları üzrə verilmiş qərara görə narazı qalan müştərilər ilə yaxından işləmək və qərarın səbəblərini bildirmək;
- Müştəri siyahısında olan avtomobillərin mütəmadi olaraq hər hansı servis çağırışında keçərli olmasını yoxlamaq;
- Rəhbərlik tərəfindən təyin olunmuş hesabatları vaxtı vaxtında təqdim etmək;
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək.
Tələblər
- Ali təhsil (Texniki təhsilə üstünlük veriləcək);
- Yaş: 25-40;
- Azərbaycan və ingilis dilləri səlis (rus dili arzu olunandır);
- Avtomobil sahəsində iş təcrübəsi;
- Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Zəmanət üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Nəqliyyat və logistika
Maşınqayırma və elektronika