Performance Center Co

Zəmanət üzrə mütəxəssis

800 - 1000 ₼ 142
Tam iş günü
Bakı, Azərbaycan
31.01.24 - 01.03.24

İş haqqında məlumat

  • Müştəriləri qəbul etmək və nəqliyyat vasitəsində baş vermiş qüsurun müəyyənləşdirmək;
  • İstehsalçının müəyyən etdiyi normativə uyğun şəkildə zəmanət hadisəsini sənədləşdirmək;
  • İstehsalçı tərəfdən müəyyən edilmiş vaxt ərzində zəmanət tələbnaməsini hazırlamaq və sistemə daxil etmək;
  • Geri qaytarılan tələbnamələrin müəyyən edilmiş vaxt ərzində yenidən sistemə daxil edilməsi üçün lazımi məlumatlar toplamaq və düzəlişlər etmək;
  • Daima ödənişlərə nəzarət etmək;
  • Zəmanətlə dəyişilən ehtiyat hissəsini istehsalçı tələbinə uyğun saxlamaq;
  • Ödənilməmiş zəmanət tələbnamələrini nəzarət altında saxlamaq;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək, çətinlik yaranarsa rəhbərliyi məlumatlandırmaq; 
  • İstehsalçının zəmanət şərtlərini və ümumi qarantiya siyasətini əla bilmək;
  • İstehsalçının zəmanət şöbəsi ilə mütəmadi əlaqədə olaraq zəmanət təmirlərinə qərar vermək;
  • Ehtiyac olduqda zəmanət təmirinə qərar vermək üçün istehsalçı ilə razılaşdırmaq;
  • Bütün zəmanət iş kartlarına nəzarət etmək, zəmanət işlərinin yerinə yetirilməsi üçün lazımi ehtiyat hissələrinin sifarişini və vaxtında gəlişini nəzarət altında saxlamaq, zəmanət təmirlərinin gedişinə nəzarət etmək;
  • Zəmanət sənədlərinin düzgün tərtib olunmasını, doldurulmasını və istehsalçıya çatdırılmasını yerinə yetirmək və prosesin düzgün gedişinə nəzarət etmək;
  • İstehsalçının tələblərinə əsasən zəmanət anbarını saxlamaq;
  • Zəmanət məsələləri üzrə müştərilərə məlumat vermək;
  • Zəmanət halları üzrə verilmiş qərara görə narazı qalan müştərilər ilə yaxından işləmək və qərarın səbəblərini bildirmək;
  • Müştəri siyahısında olan avtomobillərin mütəmadi olaraq hər hansı servis çağırışında keçərli olmasını yoxlamaq;
  • Rəhbərlik tərəfindən təyin olunmuş hesabatları vaxtı vaxtında təqdim etmək;
  • AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Yaş: 25-40;
  • Təhsil: Ali (Texniki təhsilə üstünlük veriləcək);
  • Təcrübə: Avtomobil sahəsində iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və ingilis dilləri səlis (rus dili arzu olunandır).


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar