Bakı,
Azərbaycan
08.09.23
-
08.10.23
İş haqqında məlumat
- İcra işləri üzrə hüquqşünas və ya mütəxəssis (Məhkəmə qərarlarının icrası ilə bağlı icra tədbirlərinin görülməsi);
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi;
- Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi;
- İcra mərhələsində ərizələrin aidiyyəti üzrə təqdim edilməsi və müraciətin icra edilməsinin təmin edilməsi;
- İcra işləri şöbəsinin rəhbəri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək;
- Qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması, icra hərəkətlərinin aparılmasının təmin edilməsi;
- Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borcluların əmək haqqına yönəldilməsi, borclularla ödənişin təmin edilməsi üçün müvafiq danışıqların aparılması.
Tələblər
- Təhsil: Ali hüquqi;
- Təcrübə: 2-3 il;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus dili arzuolunandır;
- Kompüter bacarıqları: Ofis proqramları (Word, Excel və s.);
- AR Mülkü məcəlləsini bilməli;
- Kollektivdə işləmə qabiliyyəti olmalı;
- Müqavilələrlə işləmə bacarığı;
- Şirkətdaxili nizam-intizam qaydalarına riayət etməli.
Hüquqşünaslıq
Maşınqayırma və elektronika