Baku Marriott Hotel Boulevard

Yeməkxana xidmətçisi

Ə/h razılaşma ilə 94
Tam iş günü
Bakı, Azərbaycan
10.10.24 - 10.11.24

İş haqqında məlumat

  • İşçilər üçün Restoranın hər zaman təmiz və gigiyenik normalara uyğun şəkildə olmasını təmin etmək. İşçilər üçün restoranın dekor, rahatlıq, menyu və keyfiyyətli yeməklər baxımından ən yüksək standartlara cavab verməsini təmin etmək. Xidmət operativ, effektiv və səmimi şəkildə həyata keçirilməlidir;
  • İşçilərin dəqiq yemək statistikasını tərtib etmək;
  • İşçilər üçün yeməkləri qablara çəkmək, porsiyalara ayırmaq və masaya vermək;
  • İşçilərə hər zaman gülərüzlə xidmət göstərmək;
  • İşçilərə təqdim edilən yeməklərin keyfiyyətinə nəzarət etmək, müəyyən edilmiş standartlarla bağlı hər hansı uyğunsuzluq olduqda, bu barədə İşçilər üçün Restoranın Nəzarətçisinə xəbər vermək;
  • İşçilər üçün restoranın bütün avadanlıqları, mətbəx ləvazimatları və s. qorunub saxlanılmasını təmin etmək;
  • Bütün avadanlıqların aylıq / illik inventarlaşdırılmasını keçirmək;
  • Ehtiyac olduqda, işçilərin yeməklərinin faktiki olaraq hazırlanmasına kömək etmək;
  • Təşkil edilmiş fəaliyyət standartlarına uyğun qabların təmizlənməsi və yuyulması;
  • Sınmaları minimuma endirmək üçün istismar və mətbəx avadanlığından ehtiyatla istifadə etmək;
  • Bütün təmizləmə prosedurlarını, qabyuyan maşınlardan istifadə qaydasını və istifadə ediləcək kimyəvi vasitə növlərini tam olaraq dərk etmək və onlar haqqında biliklərə malik olmaq;
  • İş yerinin daim təmiz və səliqəli saxlanılmasını təmin etmək;
  • Istismar avadanlığını və mətbəx ləvazimatlarını yumaq, təmizləmək və yerinə yığmaqiş rejimi - həftədə 5 günlükdür;
  • 1 saatlıq nahar fasiləsi.

Tələblər

  • Müvafiq xidmət üzrə təcrübənin olmağı arzu olunandır;
  • Danışıqların aparılması bacarığı;
  • İşgüzar və məsuliyyətli.


Oxşar vakansiyalar