Bakı,
Azərbaycan
01.11.23
-
01.12.23
İş haqqında məlumat
- Şəbəkə Əməliyyatları Mərkəzi üzrə baş vermiş hadisələrin və qəza siqnallarının idarə edilməsi, müvafiq proses və əməliyyat tədbirləri vasitəsilə şəbəkələrin dayanıqlığının təmin edilməsi, o cümlədən qəza hallarının nəzarətə götürülməsi və həll edilməsi;
- Şəbəkə və server avadanlıqlarının monitorinqi;
- Şəbəkə problemlərinin monitorinqi, problemlərin vaxtında aradan qaldırılması və həll edilməsi üçün müştəridən insident haqda ətraflı texniki məlumatları toplamaq;
- Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
- L1-L2 səviyyəsində sonlana biləcək sorğuların mövcud topologiya və sistemə uyğun həllinin müştəriyə təqdim olunması;
- L2 və daha yüksək "layer"lərdə sonlanacaq sorğuların operativ şəkildə və dəqiq təhlil edilərək ötürülməsi (escalte olunması);
- L2 mühəndisləri ilə sorğu üzərindən interaktiv iş prosesinə bələd olmaq və onların gözləntilərini üstələmək;
- Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilən xidmətlərlə bağlı texniki yardım barədə sorğuların cavablandırılması;
- Növbə üzrə texniki operatorların iş prosesinə lazımi qaydada nəzarət etmək;
- İnteraktiv ünsiyyət, komanda şəklində çalışmaq qabiliyyəti və sənədlərin idarəolunması prosesləri vasitəsi ilə iş prosesinin təşkili;
- İş saatı: Növbəli.
Tələblər
- Təhsil: Ali (Sahə üzrə arzu olunandır);
- Təcrübə: Müvafiq sahə üzrə 3 il və daha çox;
- Dil bilikləri: Azərbaycan dili, rus və ya ingilis dilləri (yaxşı səviyyədə);
- Data mərkəzi obyektləri əsas şəbəkələr, transmissiya, server, hesablama və saxlama sistemləri haqqında texniki biliyə malik olmaq;
- Şəbəkə texnologiyaları haqqında anlayış və şəbəkə protokolları ilə işləmə təcrübəsi;
- vCenter, vSphere, Backup həlləri haqqında məlumatlılıq;
- Kompüter, hardware avadanlıqlarının işləmə mexanizmini yüksək səviyyədə bilmə və problem yaşandığı anda effektiv, səmərəli şəkildə nasazlıqları aradan qaldırmaq bacarığı;
- Bulud texnologiyaları və bulud həlləri haqqında məlumatlılıq;
- Şirkətdaxili prosesləri oxumaq, izləmək və öz təkliflərini ifadə etmək bacarığı;
- Cisco, Palo Alto, VMWare sertifikatların hər hansı biri və ya ekvivalent biliyin olması arzu olunandır;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları sayəsində müştəriyönümlü xidmət.
Mühəndislik
İKT
Elanın müddəti bitmişdir