Bakı,
Azərbaycan
21.07.23
-
20.08.23
İş haqqında məlumat
- Şəbəkə əməliyyatları mərkəzi üzrə baş vermiş hadisələrin və qəza siqnallarının idarə edilməsi, müvafiq proses və əməliyyat tədbirləri vasitəsilə şəbəkələrin dayanıqlığının təmin edilməsi, o cümlədən qəza hallarının nəzarətə götürülməsi və həll edilməsi;
- Şəbəkə və server avadanlıqlarının monitorinqi;
- Şəbəkə problemlərinin monitorinqi, problemlərin vaxtında aradan qaldırılması və həll edilməsi üçün müştəridən insident haqda ətraflı texniki məlumatları toplamaq;
- Effektiv TCP, IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
- Şəbəkə və virtual maşınlar üzrə baş vermiş hadisələri təhlil edərək təsir səviyyəsinin müəyyən edilməsi, müəyyən edilmiş qəza prioriteti əsasında dəstək sənədləşməsinin (trouble ticket) aparılması və problemin təhlili üçün icraçıya yönləndirilməsi;
- Şəbəkədə və server avadınlıqlarda baş verən alarm, nasazlıqları Layer1 səviyyəsində araşdırmaq;
- L1-L2 səviyyəsində sonlana biləcək sorğuların mövcud topologiya və sistemə uyğun həllinin müştəriyə təqdim olunması;
- L2 və daha yüksək "layer"lərdə sonlanacaq sorğuların operativ şəkildə və dəqiq təhlil edilərək ötürülməsi (escalte olunması);
- L2 mühəndisləri ilə sorğu üzərindən interaktiv iş prosesinə bələd olmaq və onların gözləntilərini üstələmək;
- Müştərilər ilə L2 mühəndislər arasında düzgün kommunikasiya quraraq sorğuların düzgün təhlil edə bilmək;
- Müştərilərə bulud xidmətləri üzrə ilkin texniki dəstək;
- Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilən xidmətlərlə bağlı texniki yardım barədə sorğuların cavablandırılması;
- Növbə üzrə texniki operatorların iş prosesinə lazımi qaydada nəzarət etmək;
- İnteraktiv ünsiyyət, komanda şəklində çalışmaq qabiliyyəti və sənədlərin idarəolunması prosesləri vasitəsi ilə iş prosesinin təşkili;
- İş saatı: Növbəli (24/7).
Tələblər
- Təhsil: Ali (sahə üzrə);
- Təcrübə: Müvafiq sahə üzrə 3 il və daha çox;
- Dil bilikləri: Azərbaycan dili, Rus və ya İngilis dilləri (yaxşı səviyyədə);
- Data mərkəzi obyektləri əsas şəbəkələr, transmissiya, server, hesablama və saxlama sistemləri haqqında texniki biliyə malik olmaq;
- Şəbəkə texnologiyaları haqqında anlayış və şəbəkə protokolları ilə işləmə təcrübəsi;
- vCenter, vSphere, Backup həlləri haqqında məlumatlılıq;
- Kompüter, hardware avadanlıqlarının işləmə mexanizmini yüksək səviyyədə bilmə və problem yaşandığı anda effektiv, səmərəli şəkildə nasazlıqları aradan qaldırmaq bacarığı;
- Bulud texnologiyaları və bulud həlləri haqqında məlumatlılıq;
- Şirkətdaxili prosesləri oxumaq, izləmək və öz təkliflərini ifadə etmək bacarığı;
- Cisco, Palo Alto, VMWare sertifikatların hər hansı biri və ya ekvivalent biliyin olması arzu olunandır;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları sayəsində müştəriyönümlü xidmət.
İnformasiya texnologiyaları
Mühəndislik
İKT