Araz Supermarket

Xəzinə əməliyyatları üzrə aparıcı mütəxəssis

Ə/h razılaşma ilə 157
Tam iş günü
Bakı, Azərbaycan
31.01.24 - 01.03.24

İş haqqında məlumat

  • Aralıq bankların gündəlik qalığına nəzarət;
  • Fərqlərin araşdırılması və həllinin təmin edilməsi;
  • Həftəlik olaraq üst rəhbəri məlumatlandırmaq;
  • Bank xidməti haqqlarının, konvertasiya əməliyyatlarının, pos terminal xidmət haqqlarının həftəlik olaraq yoxlanılması;
  • Gündəlik bank hesabından çıxan vəsaitlərin sistem üzrə yaradılan ödəmə tələblərinə uyğun icrasını yoxlamaq (hesab, vöen uyğunluğu, məbləğ);
  • Hesabdan çıxılan, lakin sistemdə olmayan məbləğlər ilə bağlı üst rəhbəri məlumatlandırmaq;
  • Kassa və bank qalıqlarının Sap üzrə həftəlik düzgünlüyünü yoxlamaq, uyğunsuzluq olduğu təqdirdə üst rəhbərə məlumat vermək;
  • Kredit və qarantiya sənədlərinin uyğun müraciətlər və təsdiqlər əsasında sənədləşməsini təmin etmək;
  • Ödəmə qrafikinə uyğun ödənişlərini təmin etmək;
  • Tutulmaların qrafikə uyğunluğunu yoxlamaq;
  • Vaxtı bitəcək kredit və qarantiyalar ilə bağlı üst rəhbəri məlumatlandırmaq;
  • Bank əməliyyatları ilə bağlı digər şöbələr tərəfindən istənilən məlumatları operativ hazırlayıb, təqdim etmək;
  • Korporativ kartlar üzrə əməliyyatların yoxlanılması və icrasına nəzarət;
  • Nəğdsiz satışlardan hesaba mədaxil olunmayanların əməliyyat bazlı yoxlanışı, fərqin araşdırılması və nəticələndirilməsi.

Tələblər

  • Təhsil: Ali (İqtisadiyyat, Maliyyə);
  • Təcrübə: Əlaqəli sahə üzrə minimum 1 ildən artıq;
  • Kompüter bacarıqları: Yaxşı səviyyədə MS Office bilikləri (Word, Excel, Outlook) və Tiger, SAP;
  • Araşdırma, analitik düşünmə, kollektivlə işləmə bacarığı; 
  • Bank əməliyyatlarından anlayışlı olması önəmlidir;
  • Diqqətli, məsuliyyətli və stress altında işləmə bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar