Bakı,
Azərbaycan
21.10.24
-
21.11.24
İş haqqında məlumat
- Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
- Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
- Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
- Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
- Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq;
- Anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq;
- Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək;
- Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
- Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
- Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
- Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə hesabat vermək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər
- Xərclər üzrə nəzarətçi kimi minimum 3 il iş təcrübəsi;
- İiko,Elektra proqrammında ilə işləmə bacarığı;
- Hər zaman səmimi, nəzakətli və peşəkar xidmətlər göstərmək;
- İş yoldaşları və bütün digər şöbələr ilə normal iş münasibətlərini qoruyub saxlamaq;
- Tələb olunduqda, yerli qanunvericiliyə riayət etmək;
- Restoran ehtiyaclarına əsasən, tələb olunduqda, şöbədə baş verən hər hansı dəyişikliklərə uyğun reaksiya vermək.
Digər
Turizm
Elanın müddəti bitmişdir