Melissa Group

Xarici təchizat üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
19.10.23 - 18.11.23

İş haqqında məlumat

  • Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi;
  • Satınalma və təchizatla bağlı xarici şirkətlərlə rəsmi danışıqların aparılması, iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması;
  • Potensial təchizatçıların və xidmət təminatçılarının məlumat bazasının yaradılması, təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi; 
  • İllik satınalma planının hazırlanması;
  • Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
  • Satınalma risklərinin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
  • Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
  • Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması;
  • Şirkətin yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil olunması;
  • Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq məhsulların satınalınması sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
  • Kompüter bacarıqları: MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması;
  • Planlama, analiz və idarəetmə bacarığı;
  • Xarici ölkələrə ezamiyyələrə hazır olması.


Oxşar vakansiyalar