İnnovasiyalar Mərkəzi

Verilənlər bazasının kiçik administratoru

Ə/h razılaşma ilə 396
Tam iş günü
Bakı, Azərbaycan
06.12.24 - 29.12.24

İş haqqında məlumat

  • Verilənlər bazasının əməliyyatlar sisteminə yazılmasını həyata keçirmək;
  • Verilənlər bazasında arxiv işlərini təşkil etmək və aparmaq;
  • Verilənlər bazasında proqram təminatına uyğun strukturu hazırlamaq və ona müvafiq işləri görmək;
  • Verilənlər bazasından hesabatları tərtib etmək və  aidiyyəti üzrə təhvil vermək;
  • Sistemdə mövcud olan məlumatların məxfiliyini təmin etmək, şifrə və digər məlumatların gizliliyini qorumaq;
  • Layihə əsasında yeni bazanı ixtiyari əməliyyat sistemində yükləmək və sazlamaq;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00.
     

Tələblər

  • Ali təhsil;
  • Qeyd olunan sahə üzrə ən az 1 il iş stajı;
  • Bir və ya bir neçə VBİS-in əsas bilikləri (MySQL, PostgreSQL, SQL Server, Oracle, Mongo DB və s.);
  • SQL və əlaqəli verilənlər bazalarının əsaslarının başa düşülməsi;
  • VBİS-in yerləşdirildiyi ƏS-lə (Windows Server, Linux) işləməyin əsasları;
  • Verilənlər bazalarının ehtiyat nüsxələməsi və bərpası konsepsiyalarının başa düşülməsi;
  • Verilənlər bazalarının monitorinq alətləri ilə tanışlıq;
  • SQL-də skript yazma üzrə başlanğıc bacarıqlar;
  • Məlumat bazası ilə SQL və NoSQL sorğuların yazılması, analizi, baş verən problemlərin həlli üzrə iş təcrübəsi olmalıdır;
  • Verilənlər bazasının klaster həlləri üzrə biliklər: Qurulması və tənzimlənmə  işlərinin aparılması;
  • İngilis dili bilikləri (B1 səviyyədə);
  • SQL Foundation sertifikatının olması arzuolunandır;
  • Problemi həll etmək səriştəsi (Yüksək səviyyədə);
  • Ünsiyyət qabiliyyəti (Yüksək səviyyədə);
  • Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini  qeyd edilmiş elektron ünvanına email-in mövzu hissəsində “Verilənlər bazasının kiçik administratoru” yazaraq göndərmələri xahiş olunur. 

Oxşar vakansiyalar