BERC Group

Vergi və maliyyə xidmətləri şöbəsinin rəhbəri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
23.10.23 - 22.11.23

İş haqqında məlumat

  • Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (1C proqramında) düzgün əks etdirilməsinə nəzarət edilməsi;
  • Vergi, statistika və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsinə nəzarət edilməsi;
  • Bəyannamələrin hazırlanması və təqdim edilməsinə nəzarət edilməsi;
  • Xidmət göstərilən müştərilərlə işin təşkili və idarə edilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
  • Xidmət olunan müştərilərin vergi orqanlarında təmsil edilməsi;
  • Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi;
  • Rəhbərlik etdiyi şöbənin işinin effektiv təşkil edilməsi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Korporativ nömrə və danışıq paketi;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Təhsil: Ali (Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə);
  • Təcrübə: Analoji sahə üzrə minimum 3 il rəhbərlik təcrübəsinin olması (konsaltinq təcrübəsi üstünlükdür);
  • Kompüter bacarıqları: 1C 8.3 proqramını yüksək səviyyədə bilmək, MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür;
  • Mühasibatlıq sahəsində beynəxalq sertifikatların olması üstünlükdür;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
  • Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilmək;
  • Elektron portallarda işləmək bacarığının olması (ƏMAS, e-sosial, e-taxes, e-gov və e-customs);
  • Komanda ruhlu olmalı;
  • Öyrənməyə həvəsli, aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Analitik təhlil və araşdırma bacarığına sahib olmalı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına sahib olmalı;
  • Öyrətmə və izah etmək bacarığına sahib olmalı;
  • Problemləri həll etmə bacarığı olmalı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.


Oxşar vakansiyalar