SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Torna emalatxanası üzrə təmirçi çilingər

Ə/h razılaşma ilə 122
Tam iş günü
Bakı, Azərbaycan
15.07.24 - 14.08.24

İş haqqında məlumat

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda növbəli iş rejimində işləmək;
  • Qəza duruşlarında Təmirə dəstək işlərinə aid nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;
  • Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
  • İşlədiyi struktur bölmələrdə bütün avadanlıqların təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq;
  • Emalatxanada ona təhkim edilmiş dəzgahın iş prinsiplərini, dəzgahda təhlükəsiz iş qaydalarını bilməlidir;
  • Metal və qeyri metalları xüsusiyyətlərini bilməli və uyğun alət və tərtibatlardan istifadə etməlidir;
  • Alətlərin cilalanaraq itilənməsi, sıxıcı başlığa bərkidilməsi və müxtəlif burğu və yivaçma əməliyyatların tətbiq etməlidir;
  • Armaturların dəzgaha bərkidilməsi . sınaq təzyiqinə uyğun test edilməsi, təmiri və tənzimlənməsi və müvafiq sənədləşmənin təşkilində iştirak etmək;
  • Fırlanan avadanlıqların rotor hissəsinin balans dəzgahına yerləşdirilməsi,balans olunacaq rotorun parametrlərin daxil edilməsi, İSO1940, TSE 2576 standartlarına uyğun olaraq balans keyfiyyət dərəcəsinin avadanlığın tipinə uyğun seçilməsi,balans nəticəsi haqqında hesabat sənədlərinin hazırlanması;
  • Torna emalatxanasında hazırlanacaq detallar üçün metal və qeyri metal pəstahların doğrama dəzgahında kəsilməsi;
  • Tabe olduğu birbaşa rəhbərin göstərişi əsasında işi beynəlxalq standartlara uyğun və təhlükəsiz yerinə yetirməlidir.

Tələblər

  • Təcrübə: 3 il;
  • Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlara əsaslanaraq bütün sahələrdən təhvil alınmış dinamik,statik avadanlıqları torna dəzgahında hazırlamaq  və təmirə dəstək verməkdən ibarətdir;
  • Torna emalatxanasında dinamik,statik və armaturların təmirinin ən müasir həll yollarını bilməli,səmərəli iş və metod tətbiq etməlidir;
  •  İşin spesifikasiyasına uyğun alət və tərtibatlardan düzgün və səmərəli istifadə etməlidir;
  • Hazırlanacaq detalın cizgisini (eskizini), çertyojunu və ya nümunəsini incələmək;
  • Torna emalatxanası üzrə çilingərin vəzifəsi , müxtəlif ölçülü və təyinatlı detallarda çertyoja və ya nümunəyə uyğun burğulama işlərinin görülməsi,daxili və xarici yivlərin əl ilə açılması,armaturların hidravlik və dinamik sınağı , təmirinin görülməsi;
  • Müxtəlif  fırlanan avadanlıqların rotorlarının balans dəzgahında quraşdırılması və balans edilməsi;
  •  İstifadə etdiyi burğu, pnevmatik və hidravlik sınaq dəzgahı, balans dəzgahı kimi avadanlıqların iş prinsipini bilməlidir;
  • Alət və tərtibatlardan düzgün və səmərəli istifadə etməlidir;
  • İşin əvvəlində dəzgahı qoşmalı, iş zonasını kənar əşyalardan təmizləməli iş zamanı dəzgahdakı işçi qovşaqlara nəzarət etməli, işin sonunda dəzgahı cərəyandan təcrid edib metal yonqarlardan və digər istehsalat tullantılarından təmizləməlidir.


Elanın müddəti bitmişdir