Bakı,
Azərbaycan
30.07.24
-
29.08.24
İş haqqında məlumat
- Topoqrafiya-geodeziya işlərinin planlaşdırılması və təşkili;
- Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi;
- Planlaşdırılmış və hesablanmış texniki işlərin qeydiyyatının aparılması;
- Geodeziya və mühəndislik alətlərindən istifadə etməklə xəritələrin hazırlanmasında tətbiq ediləcək nöqtələri müəyyən etmək;
- Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlinin və çöl nəzarət cədvəlinin tərtibi;
- Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
- Kartoqrafiq işlərin dəqiqliklərini nizamlayan normativ sənədlərin və başqa normativ standartlar fondunun tətbiqi üzrə işlərin yerinə yetirilməsi;
- Xəritələrin tətbiqində və onların hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatların toplanması və səhmana salınması, vacibliyi lazım olan avadanlıqların qeydiyyatının aparılması;
- Rabitə xərci şirkət tərəfindən ödənilir;
- İş qrafiki: 6 günlük.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə 1-3 il;
- Dil bilikləri: Azərbaycan dili (əla), ingilis və rus dilləri arzuolunandır;
- Kompüter bacarıqları: MS Office və Autocad proqramlarını yaxşı dərəcədə bilməli;
- Topoqrafik alətlər ilə işləmə bacarığı;
- Müddətdən asılı olmayaraq ezamiyyətə açıq olmaq;
- Diqqətli və məsuliyyətli olmaq;
- Planlama və təşkilatçılıq qabiliyyəti.
Mühəndislik
Tikinti və təmir
Elanın müddəti bitmişdir