Facility Management Group

Tikintidə keyfiyyətə nəzarət üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
16.04.24 - 16.05.24

İş haqqında məlumat

  • Tikintidə keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
  • Podratçı və təchizatçılar ilə keyfiyyətə yoxlamaları həyata keçirir;
  • Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir;
  • Tikinti sahəsinin daxili və xarici auditlərində iştirak edir;
  • Keyfiyyətə nəzarət planını hazırlayır və rəhbərliyə təqdim edir;
  • Mülkiyyətçi ilə keyfiyyət tələblərinin planlamasını təşkil edir;
  • Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki  xidmət işlərinə nəzarəti həyata keçimək;
  • Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ  sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq;
  • İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq;
  • İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla  bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;
  • Yoxlama və testləri həyata keçirmək üçün müvafiq prosedurların və inspeksiya test planlarının hazırlanmasına və test metodlarına nəzarət etmək;
  • Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
  • Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;
  • Forma 2 və Forma 3 sənədlərinin tərtibində keyfiyyətə nəzarətfunksiyasını icra etmək.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Dil bilikləri: Azərbaycan dili, ingilis dili (üstünlükdür), rus dili (üstünlükdür);
  • Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
  • Yüksək kommunikasiya bacarıqları;
  • Konfidensial və həssas məlumatlarla işləmək bacarıqları;
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
  • Strateji baxış formalaşdırma bacarıqları;
  • ISO standartları üzrə biliklər (üstünlükdür).


Oxşar vakansiyalar