Daşkəsən Dəmir Filiz MMC

Tikinti üzrə mühəndis

Ə/h razılaşma ilə 80
Tam iş günü
Bakı, Azərbaycan
23.05.24 - 22.06.24

İş haqqında məlumat

  • Sahədə yerinə yetiriləcək təmir, tikinti və söküntü işlərinə nəzarət etmək;
  • İllik tələb olunan materialların sifarişini hazırlamaq;
  • Cəmiyyətin illik təmir və tikinti işləri üzrə daxil olan sifarişlərinin iş həcmlərini hesablamaq və eskiz cizgilərini hazırlamaq;
  • Sahədə görülən işlərin təhvil təslim aktı əsasında qəbulunu yerinə yetirmək;
  • Sahədə podratçıların işinə nəzarət etmək və qüsurlar barədə podratçıya xəbərdarlıq etmək;
  • Layihələndirilən təmir, tikinti və söküntü layihələri ilə tanış olmaq və irad və təkliflər hazırlamaq;
  • Tikinti quraşdırma işlərinin tikinti norma və qaydaların uyğun yerinə yetirilməsinə nəzarət etmək;
  • Tikilmiş obyektlərin istismara qəbulunun təşkilində iştirak etmək;
  • Günlük, həftəlik və aylıq hesabatlar təqdim etmək.

Tələblər

  • Təhsil: Ali mühəndislik;
  • Təcrübə: Sənaye və mülki tikinti işləri üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq;
  • Kompüter bacarıqları: AutoCad proqramından yüksək istifadə bacarığı;
  • İş yeri Daşkəsən şəhərində olacağından, daimi Gəncə, Daşkəsən və digər yaxın ərazilərdə yaşaya biləcək namizədlərə üstünlük veriləcəkdir;
  • Layihələrin idarəedilməsi bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • İşin planlaşdırılması bacarığı;
  • Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
  • Yaradıcı və təşəbbüskar olmaq.


Elanın müddəti bitmişdir