Azconstruction QSC

Tikinti üzrə iş icraçısı

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
15.05.24 - 14.06.24

İş haqqında məlumat

  • Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
  • Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
  • İşlərin layihəyə uyğun yerinə yetirilməsini təmin etmək;
  • İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq;
  • Smeta sənədlərini hazırlanması üçün ümumi tikinti işlərinin həcmini təhlil etmək və və hesablamaq;
  • Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək.

Tələblər

  • Təhsil: Ali təhsilli (inşaat mühəndis);
  • Təcrübə: Bu sahə üzrə ən azı 3 il iş təcrübəsi olmalı;
  • Tikinti materiallarının növləri və xüsusiyyətlərini bilməli;
  • Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
  • Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli;
  • Layihələri oxumağı və təhlil etməyi bilməli;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
  • Ezamiyyə imkanları.


Oxşar vakansiyalar