Akabe

Tikinti sahəsi üzrə baş mühasib

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
23.05.23 - 22.06.23

İş haqqında məlumat

  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
  • Rəsmi hesabatların hazırlanması;
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
  • Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Binəqədi şossesi 12.

Tələblər

  • Təhsil: Ali (mühasibat uçotu, maliyyə);
  • Təcrübə: Müvafiq sahədə 5 ildən çox;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Vergi Məcəlləsini bilməli.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar