SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Texniki nəzarət üzrə texnik

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
12.04.24 - 12.05.24

İş haqqında məlumat

  • Avadanlıq və cihazlara texniki yoxlama və baxışların həyata keçirilməsini icra etmək;
  • SDM-in Bütünlük və Etibarlılıq Rəhbərliyi və Bütövlük üzrə meneceri, TNBM, aparıcı mühəndis, mühəndis və mütəxəssis tərəfindən müəyyən edilmiş texniki nəzarətin həyata keçirilməsini təmin etmək;
  • Üst rəhbərinə məlumat vermək; 
  • Statik avadanlıqların (borular, siyirtmələr, təzyiq altında işləyən qablar və s.) təhlükəsiz  yoxlanmasına və çıxdaş edilməsinə aid mütərəqqi üsulları öyrənmək və istehsalata tətbiq etmək;
  • Təkmilləşdirmə, təlim və inkişaf üçün verilən tapşırıqları icra etmək;
  • İstehsalatların (sahələrin) mühəndis-texniki işçiləri ilə birlikdə ayrı-ayrı avadanlıqlarda yoxlama və baxışların keçirilməsini icra etmək;
  • Təftiş, sınaq, nəzarət avadanlığı və cihazları müvafiq qaydada istifadə etmək, zərər yetirməmək və saxlamaq;
  • Texniki Nəzarət Mütəxəssisinə avadanlıq və cihazların kalibrlənməsinin etibarlılıq müddətləri və nasaz cihazlar haqqında məlumat vermək;
  • İş saatlarından əlavə saatlarda təcili çağırışlara cavab vermək, zərurət yarandıqda iş vaxtından artıq işləmək, iş saatlarından əlavə müraciətlərə hazır olmaq;
  • Dağıdıcı Olmayan Sınaq (DOS) və digər əlaqəli xidmətləri həyata keçirən podratçıların işlərinə ehtiyac duyulduqda nəzarət etmək;
  • Aylıq texniki nəzarət hesabatlarını hazırlamaq və Texniki Nəzarət üzrə Mütəxəssisə təqdim etmək;
  • Texniki nəzarət məsələləri üzrə qərarların qəbul edilməsində üst rəhbərinə dəstək vermək;
  • Fəaliyyət sahəsi ilə əlaqədar tabe olduğu rəhbər tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirmək;
  • Məsul olduğu işlə bağlı mövcud qanunvericiliyin, daxili prosedurların, standartların və təlimatların tələblərinə agah olmaq və yerinə yetirmək.

Tələblər

  • Təhsil: Orta;
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 2 il;
  • Dil bilikləri: İngilis dili biliyi arzuolunandır;
  • Neft emalı sənayesində iş təcrübəsi arzuolunandır;
  • Səviyyə 2 ASNT 1C və ya EN 9712  NS (PT), USS (UT), MHS (MT), VT, RT – hər hansı biri və bir neçəsi olmalı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar