İmişli,
Azərbaycan
24.02.23
-
26.03.23
İş haqqında məlumat
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir;
- İstehsalatın texniki hazırlığını təmin edir;
- Əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak edir;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir;
- Şöbənin işçilərinə, avadanlıq, dəzgah və qurğulara təmir xidməti göstərən işçilərə istiqamət verir;
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00-dan - 18:00-dək.
Tələblər
- Təhsil: Ali (Mexanika, qida mühəndisi, makina mühəndisi ixtisasları);
- Təcrübə: Müvafiq vəzifələrdə 1-2 il iş təcrübəsi (Qida istehsalı sahəsində iş təcrübəsi üstünlükdür);
- Texnoloji proseslərin aparılması qaydasını bilməli;
- İstehsalatın və istehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli;
- İş proseslərini, texnoloji sxemləri oxumağı bacarmalı;
- PLC, avtomatik, elektronik, pnevmatik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli;
- Texniki təhlükəsizlik qaydalarını bilməli.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Mühəndislik