Bakı,
Azərbaycan
19.09.23
-
19.10.23
İş haqqında məlumat
- Layihələrin icrasına nəzarət;
- Ön istehsalat, istehsalat planlaşdırılmasını və texniki hesabatların aparılmasını təmin edir;
- Texniki vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlayır; Hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına uyğun cavab verməsini təmin edir;
- İşçi layihələrini yoxlayır və çertyojların, işin ixtisas və ya profili üzrə nəzarətini keçirir;
- Mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
- Layihə üzrə texniki hesablamalar aparır və layihə olunacaq konstruksiyasının effektliliyini texniki təhlilini edir;
- Konstruksiyanın istismarı üçün təlimatı, onu aydınlaşdırıcı yazı və pasportunu, həmçinin əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir;
- Daim öyrənmək və inkişaf etmək məqsədi ilə yeni konstruktor layihələrini araşdırır, öyrənir və gələcək işində istifadə edir;
- Təcrübə üçün hazırlanmış nümunənin quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin sənaye nümunələrinin hazırlanmasında, təkmilləşdirilməsində, modernləşdirilməsində, vahid şəklə salınmasında, standart layihələrin işlənib hazırlanmasında iştirak edir.
Tələblər
- Təhsil: Ali texniki;
- Təcrübə: Müvafiq sahədə ən azı 3-5 il;
- Kompüter bacarıqları: Microsoft Office, Autocad, İnventor və ya Solid;
- Məsuliyyətlilik, qərar vermə.
- Vakansiya ilə maraqlanan şəxslər https://stpcareer.com/vakansiya-haqqinda/83 linkinə keçid edərək müraciət edə bilər.
Mühəndislik
Tikinti və təmir