Bakı,
Azərbaycan
05.05.23
-
04.06.23
İş haqqında məlumat
- Məlumat bazası və ödəniş sistemlərinə texniki dəstək;
- Verilənlər bazasının sazlanması, konfiqurasiya və təkmilləşdirilmə işlərinin həyata keçirilməsi;
- Verilənlər bazasının mövcudluğunu və performansını artırmaq üçün monitorinq prosedurlarının tətbiqi;
- Verilənlər bazasının təhlükəsizliyinin təmin edilməsi üçün lazımı tətbiq və prosedurların həyata keçirilməsi;
- Verilənlər bazası və digər İT infrastruktur proyektləri ilə əlaqəli kompleks problemlərin həlli və planlanmasında fəal iştirak;
- Ödəniş sistemlərinə nəzarət və problemlərin aradan qaldırılmasında köməklik göstərilməsi;
- 7/24 bazalara dəstək və ödənişlərə nəzarət.
Tələblər
- Təhsil: Ali (kompüter elmləri və ya kompüter mühəndisliyi üzrə bakalavr dərəcəsi);
- Təcrübə: Oracle verilənlər bazalarının idarə olunması üzrə minimum 1 il;
- Dil bilikləri: Azərbaycan dilini səlis, ingilis dilini əla, rus dilini orta bilməli;
- Komandada işləmək bacarığı;
- Oracle DB arxitekturası üzrə yüksək bilik;
- Verilənlər bazası optimallaşdırması və SQL tuning üzrə təcrübə;
- ASM, Data Guard kimi Oracle məhsul və texnologiyaları üzrə ilkin biliklər;
- RMAN ehtiyat nüsxəsi və bərpa əməliyyatları haqqında bilik;
- UNİX, Linux və windows əməliyyat sistemləri üzrə ilkin biliklər;
- PL, SQL proqramlaşdırma dili üzrə biliklər;
- MSSQL, MYSQL və POSTGRESQL verilənlər bazası administrasiyası üzrə biliklər;
- OCA, MCSA sertifikatları;
- İİS və Apache Tomcat web serverləri üzrə təməl biliklər;
- Güclü problem həll etmə, analiz bacarıqları.
İnformasiya texnologiyaları
Mühəndislik
İKT