Bakı,
Azərbaycan
11.09.23
-
11.10.23
İş haqqında məlumat
- İnsan Resurslarının idarəolunması şöbəsi;
- Ali təhsil müəssisələri ilə bağlanılan memorandumların, istehsalat təcrübəsinin keçirilməsi ilə bağlı layihələrin hazırlanması, tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi istiqamətində səlahiyyətləri çərçivəsində lazımi tədbirlərin görülməsi;
- Struktur bölmələr üzrə iş analizlərinin aparılmasını, struktur bölmə rəhbərlərindən səriştə xəritələrinin toplanmasını, vəzifə təlimatlarının səriştə xəritələrinin əsasında təkmilləşdirilməsini, əmək fəaliyyətinin qiymətləndirilməsi üçün indiqatorların təyin edilməsini təşkil etmək;
- Struktur bölmələr üzrə əmək fəaliyyətinin qiymətləndirilməsi istiqamətində cəmiyyətdaxili normativ sənədlərə əsasən şöbə üçün müəyyən edilmiş öhdəliklərin icra edilməsində iştirak etmək;
- Cəmiyyət daxilində təlim ehtiyaclarının müəyyənləşdirilməsi, təlim ehtiyaclarına uyğun illik təlim planının tərtib edilməsini təşkil etmək;
- Cəmiyyətdə və onun struktur bölmələrində işçilərin strateji vəzifələrə yetişdirilməsi üçün tədbirlər görülməsində iştirak etmək;
- Şöbənin illik büdcəsinin tərtib edilməsinə iştirak etmək;
- Şöbədaxili hesabatların (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək;
- Təşkilatın inkişafı istiqamətində daxili sorğuların keçirilməsi;
- İşə uyğunlaşma proqramı;
- Rəhbərlik və işçi heyəti üçün ümumi mükafatlandırma strategiyasının, siyasətlərinin və alətlərinin müəyyən edilməsi;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə və ya yuxarıda qeyd olunan tələblər üzrə ən azı 4 il, HR BP ekspert vəzifəsində ən az 3 il;
- Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dilləri yaxşı;
- Kompüter bacarıqları: MS Office proqramlarından yüksək səviyyəli istifadəçi bacarığı tələb olunur;
- Əməkdaşlıq, məsuliyyətlilik, təşəbbüskarlıq, liderlik bacarıqları.
- Vakansiya ilə maraqlanan şəxslər https://careers.azergold.az/vakansiya/sektor-mudiri-insan-resurslarinin-idareolunmasi-sobesi-teskilati-inkisaf-sektoru linkinə keçid edərək müraciət edə bilər.
İnsan resursları
Mühəndislik