Bakı,
Azərbaycan
24.04.24
-
24.05.24
İş haqqında məlumat
- Kafedranın illik iş planını təsdiq etmək və onun fəaliyyətinə rəhbərlik etmək;
- Ayda bir dəfədən az olmayaraq kafedra iclasını təşkil etmək və onun sənədləşdirilməsini təmin etmək;
- Kafedra iclaslarınıayda bir dəfədən az olmamaqla, hər növbəti ayın 10-dək təşkil etmək, kafedra iclaslarına sədrlik etmək, kafedra iclaslarının qərarlarını təsdiq etmək və protokolunu 5 gün ərzində rektorluğa təqdim etmək;
- Kafedrada tədris olunan fənlər üzrə müəyyən olunmuş qaydada tədris proqramlarının işlənib hazırlanmasına rəhbərlik etmək və onları təsdiq etmək, bu proqramlara uyğun dərsliklərin, tədris-metodiki və tədris vəsaitlərinin hazırlanmasını təmin etmək, auditoriyadankənar dərslərin keçirilməsini təşkil etmək;
- Aidiyyəti üzrə tədris olunan ixtisaslar üzrə tədris planının tərtib edilməsini təmin etmək;
- Kafedra əməkdaşlarının illik iş planlarının hazırlanmasını, habelə illik elmi hesabatının hazırlanmasını və Elm şöbəsinə vaxtında təqdim edilməsini təmin etmək;
- Təsdiq olunmuş iş planına uyğun olaraq professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat işləri aparmasına şərait yaratmaq, bitmiş elmi-tədqiqat işlərinin müzakirəsini keçirmək və onların nəticələrinin istehalatda tətbiqinə nəzarət etmək;
- Doktorant/dissertantların illik attestasiyadan keçirilməsinə nəzarət etmək, dissertasiyaların müzakirəsini və ixtisas imtahanlarını təşkil etmək;
- Fakültə üzrə elmi-metodiki və elmi seminarların təşkilini təmin etmək;
- Kafedra əmakdaşlarının universitetdə keçirilən profilə uyğun elmi konfrans, simpozium və sair tədbirlərin təşkilində fəal iştirakını təmin etmək, habelə yerli və beynəlxalq konfrans və digər elmi tədbirlərdə iştirakını təşviq etmək;
- Beynəlxalq təcrübəni araşdırmaq və uyğun olduğu halda rəhbərliklə razılaşdırmaqla kafedranın fəaliyyətində tətbiq etmək;
- Zəruri hallarda digər universitetlərin kafedraları, elmi-metodik şuraları və başqa qurumlarla əlaqələr yaratmaq;
- Kafedraya aid olan fənlər üzrə dərs və dərs vəsaitlərinin əldə olunmasını təmin etmək;
- Ustad dərslərin keçirilməsini təşkil etmək;
- Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dili (arzuolunandır);
- Kompüter bacarıqları: MS Office proqramları;
- Azərbaycan Respublikasının təhsil qanunvericiliyini;
- Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını;
- Elm, tədris-tərbiyə sahəsində innovativ təcrübələri;
- Əmək funksiyasının icrasına səhlənkar yanaşdığına və vaxtında yerinə yetirilməməsinə görə;
- Mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş əmək funksiyasının yerinə yetirmədiyinə görə;
- Universitetin maraqlarının, universitetdə konfidensial hesab edilən məlumatların qorunmamasına görə məsuliyyət daşıyır;
- Bilavasitə tabe olduğu şəxs: Tədris işləri üzrə prorektor.
Təhsil və elm
Təhsil