Crystal Group

Tender üzrə mütəxəssis

Ə/h razılaşma ilə 133
Tam iş günü
Bakı, Azərbaycan
21.11.24 - 21.12.24

İş haqqında məlumat

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə düzgün koordinasiyanın təmin edilməsi;
  • Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi; yazışmaların və danışıqların aparılması;
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Tender prosesi zamanı şirkətin təmsil olunması;
  • Tender proseslərinin gedişatı və nəticələri haqqında illik və aylıq hesabatların hazırlanması;
  • AR ƏM-ə uyğun rəsmiləşmə;
  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Nahar vaxtı 13:00-14:00-dək.

Tələblər

  • Ali təhsil (Tikinti üzrə olması üstünlükdür);
  • Müvafiq sahədə min. 3 il iş təcrübəsi;
  • Tikinti sahəsi barədə məlumatlı olması;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq və səliqədə tutmaq;
  • Məsuliyyətlilik, problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
  • MS Office proqramların proqramları ilə işləmə qabiliyyəti;
  • Kommunikasiya və biznes ünsiyyət bacarığları;
  • Uyğun namizədlər qeyd edilmiş elektron poçt ünvanına “Tenderlər üzrə mütəxəssis” yazaraq CV-lərini göndərə bilərlər.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar