Bakı,
Azərbaycan
12.08.24
-
11.09.24
İş haqqında məlumat
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş iş həcmlərini sahədə yoxlamaq və ətraflı hesabat hazırlamaq;
- Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş iş həcmlərinə uyğun olaraq iş addımlarını (iş planını) sahə komandası ilə birlikdə hazırlamaq;
- Standart işlər üçün iş addımı (iş planı) formatını hazırlamaq və mütəmadi olaraq yenilənməsini təmin etmək;
- Təmirin sonunda planlaşdırılan və rellaşan iş həcmlərini analiz edib uyğunsuzluqlar barəsində rəhbərinə məlumat vermək;
- Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanmasını təmin etmək;
- Cavabdeh olduğu işlərin gedişatı haqqında rəhbərinə hesabatlar hazırlamaq və məlumatlandırmaq;
- Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
- İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra etmək;
- Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
Tələblər
- Təhsil: Müvafiq sahə üzrə texniki təhsil (peşə, orta-ixtisas və s.);
- Təcrübə: Sənayedə mexaniki təmir və təmirin planlaşdırma sahəsində 2 il iş təcrübəsi olmalı;
- Kompüter bacarıqları: MS Office, Adobe Acrobat reader proqrmalarında işləmək bacarığı;
- Yoxlanışlar aparmaq üçün, hündürlükdə işləmək bacarığı və fiziki olaraq tam sağlam olmalı;
- Yoxlanışlar aparmaq üçün, qapalı sahələrdə işləmək bacarığı və təcrübəsi olmalı;
- Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı;
- Mexaniki cizgiləri oxuma bacarığı;
- Primavera P6, SAP PM modulu ilə işləmək bacarığı.
- Vakansiya ilə maraqlanan şəxslər https://socardownstream.az/az/vacancy/temire-dayanma-isleri-uzre-planlama-texniki linkinə keçid edərək müraciət edə bilər.
Xidmət
Neft və qaz
Elanın müddəti bitmişdir