SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Təmirə dayanma işləri üzrə aparıcı mühəndis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
03.08.23 - 02.09.23

İş haqqında məlumat

  • Planlaşdırılmış əsaslı təmir zamanı təqdim edilmiş iş həcmlərini, iş addımlarını və digər sənədləri yoxlamaq, planlaşdırılmış əsaslı  təmirin təşkil edilməsi üçün lazımi sənədlərin hazırlanması və sahədə tətbiqini izləmək, sahədən toplanmış olan məlumatların proqresini yoxlamaq və lazımi araşdırmaların aparılmasını təmin etmək;
  • SƏTƏM standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • Sahədən təqdim edilmiş “ iş metod” larını izləmək və proqres hesabatlarını hazırlamaq;
  • Təmir zamanı işlərin gedişatına dəstək olmaq üçün öncəki planı hazırlayıb sahəyə təqdim etmək;
  • Təmirə hazırlıq işlərini təşkil etmək və təmirin başlamasına qədər bütün hazırlıq işlərinin bitməsini təşkil etmək;
  • Təmirin sonunda planlaşdırılan və reallaşan iş həcmlərini plan proqram üzərində analiz edib uyğunsuzluqlar barəsində hesabat hazırlayıb təqdim etmək;
  • SAP proqramında yaradılmış olan iş bildiriş və iş sifarişlərini yoxlamaq və təsdiqləmək;
  • Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanmasını təşkil etmək;
  • İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra etmək;
  • Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək.

Tələblər

  • Təhsil: Müvafiq sahə üzrə bakalavr və ya magistr;
  • Təcrübə: Sənaye sahəsində mexaniki təmir işlərində 3 il, sənayedə təmirin planlaşdırılması sahəsində 5 il;
  • Dil bilikləri: İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
  • Kompüter bacarıqları: Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook);
  • Sahədə proqres yoxlanışları aparmaq üçün hündürlükdə və qapalı sahədə işləmək bacarığı olmalı;
  • Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı;
  • Digər proqramlardan Primavera P6, SAP PM və MM modulu üzrə işləmək bacarığı olmalı.