Bakı,
Azərbaycan
28.12.24
-
28.01.25
İş haqqında məlumat
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
- Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş və hazırlanmış olan iş həcmlərinin müzakirəsi və təsdiqlənməsi;
- Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş iş həcmlərinin uyğun olaraq hazırlanmış olan iş addımlarını (iş planı) və iş ardıcıllıqlarını yoxlamaq və uyğunluğunun təsdiqlənməsi;
- İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısını yoxlamaq, uyğunluğunu təsdiqləmək və aidiyyəti şöbələrə yönləndirməsi;
- Planlaşdırılmış əsaslı təmir zamanı podratçı tərəfindən görüləcək olan servis işləri üçün texniki şərtmanəsinin hazırlanması və aidiyyəti şöbələrə yönləndirməsi;
- Planlaşdırılmış əsaslı təmir üçün sifariş edilmiş ehtiyat hissələri, mal-material ve servis xidmətlərinin gedişatının izlənməsi;
- İş həcmləri təsdiq edildikdən sonra “ gecikmiş və əlavə işlər ”-in izlənməsi və proqres hesabatlarının hazırlanması;
- Sahədən təqdim edilmiş “ iş metod” larının izlənməsi və proqres hesabatlarının hazırlanması;
- İş addımlarına uyğun olaraq plan proqramın və proqres əyrisinin yoxlanması və hesabatın hazırlanması;
- İş prosesləri zamanı plan-proqramda işin gedişatına nəzarət etmək və görüləcək işlərin plana uyğunluğunu təmin etmək və hazırlanmış olan günlük proqres hesabatının yoxlanması, hesabatı aidiyyəti rəhbərliyə və şöbələrə göndərilməsi;
- Planlaşdırılmış əsaslı təmir zamanı mütamadi olaraq plan proqram üzərindən sahə komandasını gecikmələr və ya irəliləmələr barəsində məlumatlandırmaq;
- Təmir zamanı işlərin gedişatına dəstək olmaq üçün öncəki planını hazırlayıb sahəyə təqdim etməli;
- Təmirə hazırlıq işlərini təşkil etməli və təmirin başlamasına qədər bütün hazırlıq işlərinin bitməsini təşkil etməli;
- Təmirin sonunda planlaşdırılan və reallaşan iş həcmlərini plan proqram üzərində analiz edib uyğunsuzluqlar barəsində hesabat hazırlayıb təqdim etməli;
- Təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatlar hazırlamalı;
- SAP proqramında yaradılmış olan iş bildiriş və iş sifarişlərini yoxlamalı və təsdiqləməli;
- Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanmasını təşkil etməli;
- Planlaşdırılmış əsaslı təmir ilə əlaqədar bütün sənədlərin toplanması və qovluq şəkildə saxlanmasını təşkil etməli;
- Planlaşdırılmış əsaslı təmir üçün lazım olan günlük, həftəlik və aylıq toplantıların keçirilməsini və toplantının aparılmasının təmin etməli;
- Verilən iş tapşırıqlarını səmərəli , qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
- İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra edilməsi;
- Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
Tələblər
- Mexanika və təmir-tikinti sahəsində ali təhsil;
- Sənayedə mexaniki təmir və təmirin planlaşdırılması sahəsində 5 il iş təcrübəsi olmalı;
- Dil biliyi: İngilis,Rus (orta səviyyə);
- Primavera P6 və SAP PM modulunu orta səviyyədə bilməli.
- Sahədə proqres yoxlanışları aparmaq üçün hündürlükdə və qapalı sahədə işləmək bacarığı olmalı;
- Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı;
- Problemləri həll etmə bacarığı olmalı;
- Mexaniki cizgiləri oxuma bacarığı;
- Hissələrin cizgilərini çəkmə bacarığı;
- İdarəetmə bacarığı;
- Ünsiyyət bacarığı;
- Komanda ilə işləmə bacarığı.
Mühəndislik
Neft və qaz